Islami şura məclisinin xarici siyasət və milli təhlükəsizlik komsiyasının üzvü Doktor Həqiqət pur Təbrizdə xəbər konfransında iştirak edib onun müsahibəsindən parçalar təqdim edirik.
AranNews- Islami şura məclisinin xarici siyasət və milli təhlükəsizlik komsiyasının üzvü Doktor Həqiqət pur Təbrizdə xəbər konfransında iştirak edib onun müsahibəsindən parçalar təqdim edirik
Məntəqə vəziyyətini necə qimətləndirirsiz?
məntəqə vəziyyətinin son analizi göstərir ki, müqavimət cəbhəsinin əməlləri təsirli olub və İŞİD terrorçu dəstələri döyüş meydanlarını tərk etmək üzrədirlər.
Əlhəmdulellah- Yəmən xalqının muqaviməti təyin edici olub və bu gün qələbə Yəmən xalqı ilədir.
Putinin böyük inqilab rəhbərilə son görüşü haqda fikirlərizi öyrənmək istərdik?
islam cumhuriyyəti yaranandan Iki dövlət başçısının ən əhəmmiyyətli muzakirəsi bu görüş olub. Cənab Putin həzrəti ağaya(Ayətullahülüzma Xamənei) gətirdiyi töhfə Quran olub. Bu hədiyyə çox mənalı olub. Bu gün Rusiya prezidetinin Qurana yetirdiyi diqqəti o deməkdir ki, islam hələdə həyatdadır və inşaəllah- islam məntəqədə inkşaf edəcək.
İranla Rusiyanın əsas əməkdaşlığı Suriyada terrorizmlə mubarizə ilə əlaqədardır. Rusiya ilə İranın terrorizmlə mubarizədə fəaliyyti terrorizmlə mubarizə aparmaq iddiasında olan 50 ölkənin fəaliyyətlərinə bərabərlik edir. Putinin İran islam cumhuriyəti siyasətinə etimadı göstərir ki, iki ölkənin gələcəkdə əməkdaşlıqları inkişafa doğru olacaq.
Texniki sahələrdə birgə fəaliyyətlərimiz şübhəsiz olacaq.
Nüvə sahəsində İranla Rusiya arasında “Sarı Tort” mubadilə olunur. Hərbi sahələrdə Rusiya S-300 tipli raketlərin təhvili barədə öz öhdəliyini yerinə yetirib.
Xəzər sahəsində iki ölkənin əməkdaşlığı optimal səviyyədədir. Dünya qazının əsas hissəsi məntəqə ölkələri xüsusilə iki ölkə yəni İranla Rusiyaya ayiddir. Bu prespektivlər hər iki dövlət tərəfindən vurğulanır iki ölkə prezidentləri və iki dövlət bu sahədə artıq əməkdaşlıq edə bilərlər.
Son vaxtlar Azərbaycan Respublikasında seçkilər həyata keçirildi, prezidentin ən yaxın adamlarından bir neçəsi vəzifədən azad edildi və Nardaran hadisələri baş verməsi barədə izah verilməsini istərdik?
Azərbaycan Respublikasının 80 fayizdən çoxu müsəlman və şiə olub və təssüf edirəm ki, şiələr və müsəlmanlar bu ölkədə təzyiq altındaırlar.Namaz qılan əhalinin başından vururlar hemuseks adamlar isə azaddırlar. Mənim nəzərimə cənab İlham Əliyev iqtidar baxımından nə Səddam ola bilər nə Mubarək ola bilər və nə Palkovnik Qddafi ola bilər. görək Səddam nə oldu, xalqını əziyyət etdi işgəncə etdi sonu nə oldu? Mubarək nə oldu? Nə üçün Azərbaycanın qeyrətli və nəcib cəmaətilə belə rəftar olunur? Yoxsa İsrail belə tələb edir? Hər kim kimlə əlaqəsi olsa azaddır yalnız Müsəlmanlar məscidlərdə İmam Hüseyn üçün əza saxlayırlarsa buna haqları yoxdur?
(Azərbaycan hakimləri)Şübhəszi səhv edirlər çünki, Azərbaycan xalqı ən böyük xəzinə və sərvətdir . Mən bu sözü öncə mərhum Heydər Əliyevə demişdim. Heydər Əliyev və İlham Əliyev məsələyə diqqət yetirmədilər. Ona görə Qarabağı azad edə bilmədilər.
Onlar xalqın dəyərini başa düşmədilər. Onlar xalqın dəyərini bilsə idilər, öylə ki, Suriya hakmiyyəti , İran və İraq hakmiyyətləri xalqa etimad etdilər. Suriya dövləti xalqın gücü ilə ərazisini saxlaya bildi, İraq, xalqının gücü ilə torpaqlarını saxlaya bildi.
Heydər Əliyev və İlham Əliyev xalqa arxalansa idilər bu xalq Qarabağı azad edərdi.
Təəssüflər olsun xalqla pis davranırlar , onlara azad dini fəaliiyətə izin vermirlər. Məscidləri məhdudlaşdırılar. Quran oxumağı məhdudlaşdırırlar. İmam Hüseyn(ə) əzadarlıqları məhdudaşdırılır. Xalqın din mərcələri və din alimlərilə əlaqəsini məhdudlaşdırırlar. İrana nikbin olanları məhdudlaşdırılar. İsrailə həvəs bəsləyənlər azaddırlar. Bu hakmiyyətin talei bəllidir . Mənim bu ölkə başçılarına təklifim var. Hakmiyyətdə qalmaq istəyirlərsə xalqla olmalıdırlar.
Hakmiyyət balıq isə xalq su dur. Su olmasa balıq yaşamayacaq. ən təmiz su xalqdan ibarətdir. Bunların qeyrəti var. bunlar Azərbaycan, Qarabağ yolunda can verməyə qan verməyə hazırdırlar Bunlar özləri Qarabağa diqqət yetirmirlər. Düşmənlə toqquşmayırlar ölkəni mudafiə edənlərin başından vurub, deyirlər mudaifə etmə. Danışma Qarabğ barədə heç nə deməyin . heç nəmənə yazmayın. Biz qəbul etmişik Qarbağ əldən getsin sizin etiraza haqqız yoxdur.
Bu hakmiyyət davam gətirə bilməz. yalnız və yalnız xalqla barışıb və xalq içində sevimlilik qazanmaqla hakmiyyəti davam etdirmək mümkündür.
Rusiyanın Su 24 –təyyarəsinin Türkiyə tərəfindən hücuma məruz qalması barədə sizin fikrizlə tanış olmaq istərdik.
bizim fikrimizcə belə durumda Türkiyə böyük səhvlərə yol verib. Onların yeni islamçılıq mövzuları irəli sürmələri qəbul edilməzdir.
Türkiyə İraq suverinliyini rəsmən tanımır . Kürdistan iqlimi ilə istədiyi kimi davranır. Öz ərazilərini İŞİD cinayətkarlarının ixtiyarına qoyur.
Bildiyimizə görə İŞİD Türkiyə ərazisi vasirtəsilə Suriyaya gəl ged edir.
İŞİD yaralıları İstanbul qosbitallarında mualicə olunurlar.
İŞİD-in nəqliyyat işlərini Türkiyənin təhlükəsizlik qüvvələri üzərinə götürüblər. Türkiyə hərbi qüvvələri Suriyanın ərazi bütövlüyünə hörmt etmirlər. Suriya ərazilərinə təcavüz edirlər.
Suriya ərazsinidə İŞİD-i böyük təhlükəyə çevriən isə Ərdoğan dövlətinin himayəsidir.
Son günlər Suriya ərazisində əməliyyat aparan Rusiyanın Su -24 təyyarəsi Türkiryə tərəfindən vurlub. Rusiya bu haqda özünü ələ almasa idi böyük bir muhairbə baş verə bilərdi.
Bəlkədə onlar bilərəkdən bu işi görüblər ola bilsin ki bu vəziyyətdə İŞİD az xəsarət görsün.
Rusiya hakmiyyəti məsələ ilə ağıllı davrandı. O bu məsələ ilə qarşılaşmağı iqtisadi və siyasi yolla həyata keçirir. Bir tərəfdən Türkiyəyə İŞİD-in Suriya və İraqdakı neft resorsları təhlükə altına düşdü. İŞİD Suriya xalqının neftini qanunsuz ələ gətirib Türkiyəyə satmaq imkanına malik olmayacaq. Həmdə Türkiyəyə əlavə inzibati cəzalar nəzərdə tutub.
Türkiyə çox səhvlərə yol verib, Misir hövzəsində, İraq, Suriya və Yəmən hövzəsində yalnış hərəkət edibdir. Türkiyə xalqı mudaxilə etməlidir və dövlətin səhvlərinin qarşısını almalıdır.
İran 2-ci şəbəkə telviziyası hay küy qoparan verlişi haqda sözlərinizi eşitmək istərdik.
Bu yaramaz bir əməl idi bu cəhtədən allaha şükr edirik ki, Teleradio şirkətinin derektorları şəxsən üzr diləyib. Suçlular cəzalandırıldı. Biz ümid edirik bu əməllər daha təkrarlanmasın . ola bilməz ki, öz başına adamlar tapıla bəzi adamları güldürmək üçün bir qövmi istehza edələr. Mən bir Azərbaycanlı kimi Tehran məhkəməsinə şikayət irəli sürmüşəm və səbəbkarların cəzalanmasını istəmişəm.
Ümid edirəm gələcəkdə yalnız Azərbaycanlılar deyil, Ərəb, Kürd, Lor, Gilək və Mazəndəranlı haqda belə əməllərin təkrarını görməyək.