Nardaran istiqamətinə bütün yollar bağlandı, zirehli texnika yeridilib. Koroğlu metrosundan Maştağa, Nardaran və Buzovna istiqamətinə gedən avtomobil yolu bağlanıb və davam edən axtarışlar həbslərlə müşayiət olunur.
AranNews- bu gün səhər saatlarında daxili qoşunların maşınları, həmçinin hərbi maşınlar Nardaran-Maştağa istiqamətinə hərəkət edib. Maşın karvanında təcili tibbi yardım maşınlarının da olduğu bildirilir.Hazırda Sabunçu körpüsündən Nardarana gedən yol tamamilə bağlanıb.Kənd istiqamətində ancaq polis maşınları hərəkət edə bilir.Qeyd edək ki, bu gün ölənlərin cənazəsi ailələrinə verilə bilər. Maşın karvanının da məhz Nardarana yollanmasının səbəbinin təhlükəsizlik tədbiri olduğu güman edilir.Bu gün səhər Koroğlu metrosundan Maştağa, Nardaran və Buzovna istiqamətinə gedən avtomobil yolu bağlanıb. yerli sakinlərə istinaədən xəbər verir ki, Nardaran və Maştağaya zirehli texnika yeridilib. Məlumata görə, su şırnaqlı maşınlar, zirehli maşınlar, ambulans və çox sayda polis və təhlükəsizlik qüvvəsi Naradarana girib.Nardaranda davam edən axtarışlar həbslərlə müşayiət olunur. kənd sakini Atabala Şahbazov, ata və oğul Əli Hüseynovla Mehdi Hüseynov və daha bir kənd sakini saxlanılıb.Nardaran tamamilə mühasirədədir, İmam Hüseyn meydanı Daxili Qoşunların nəzarətindədir. Heç kimə çəkilişə icazə verilmir.Ara məhəllələr belə mühasirədədir. Noyabrın 26-da əməliyyat keçirilmiş evə gedən yollar isə tamamilə bağlanıb. Kənddəki evlərdə əməliyyat davam edir. Daha iki kənd sakini saxlanılıb. Evlərdəki baltalar soyuq silah kimi götürülür. hüququ-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı yaralananlardan hələ də xəstəxanada qalanlar var. Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov bildirib ki, yaralıların vəziyyəti normaldır və həyatı təhlükəsi yoxdur.Hava soyuq olduğundan qaz sərfinə ehtiyac yaranıb, amma aparatlar işlək vəziyyətdə deyil, sakinlər kart ödənişi edə bilmirlər.Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun verdiyi məlumata görə, "Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin sərəncamında olan başqa qüvvələri var. Evlərdən çıxmağa icazə verilmir. Telefon şəbəkəsi demək olar ki, çöküb. Bizə heç bir məlumat verilmir"- deyə N.Kərimov bildirib.Cənazələrin kəndə gətirilib-gətirilməməsindən xəbərsiz olduğunu deyən N.Kərimov qeyd edib ki, heç kimlə əlaqə də saxlaya bilmirlər: "Deyəsən, cənazələri gətirib özləri dəfn etmək istəyirlər. Amma dəqiq bilmirik. Kənd ağsaqqallarından bəzilərini də çağırıb deyiblər ki, silah varsa, verin. Kəndə gələn yollar da bağlıdır".Məlumata görə, dunən, Azərbaycan Daxili İşlər Nazirliyi, Gəncə şəhərində polis əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirməsilə bağlı məlumat yayıb. Məlumatda “Müsəlman Birliyi” hərəkatının üzvlərinə dəstək verən şəxslərin saxlanılib. Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb.