Nardaran camaatı Hüseyniyyə məscidində imam Hüseynin (ə) 40 mərasimini keçirir. Məsciddə yüzlərlə adam var.
AranNews- Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib: hazırda qəsəbədə Daxili Qoşunlar və xüsusi təyinatlılar var. Amma qəsəbə daxilində insanların sərbəst hərəkətinə məhdudiyyət yoxdur. Hətta qəsəbə daxilində avtomobillərin hərəkətinə də ciddi nəzarət edilmir, o qeyd edib.
Kərimovun sözlərinə görə, hüquq mühafizə orqanlarının dünən qəsəbədə keçirdiyi xüsusi əməliyyat nəticəsində 19-dan çox sakin saxlanıb.
“Hətta bir ailənin üç üzvü saxlanıb. Analarını isə infarkt vurub”, o qeyd edib.
Natiq Kərimov musavat.com-un Nardaranda olan reportyoruna açıqlamasında deyib ki, "Əli" meydanında hüquq-mühafizə orqanları hər hansı bir toplantıya icazə vermirlər. Kənd sakinləri isə qarşıdurma yaranmaması üçün məscidi tərk edib: "Axı buna nə ehtiyac var? Nəzarət edilsin, amma imkan ki, camaat mərasimini keçirsin".
Bununla yanaşı, hüquq mühafizə orqanları dekabrın 1-də Nardaranda keçirilən xüsusi əməliyyatın nəticələri ilə bağlı hələ məlumat yaymayıb.