Baqir Əl-Zubeydi: "bu gün, çaharşənbə günü, 2 dekabr 2015-ci il, azad insanların eşq qibləsi olan şəhidləri ağası İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarının sayı 26 milyoni keçib və ehtimal olunur sabah (3 dekabr 2015-ci il, cüməaxşamı günü, İraqda "ərbəin" sabah keçirilir) bu qərəm 27 milyona çatsın, çünki zəvvar axını hələ də davam etməkdədir".
Arannews- İraq dövlətinin nəqliyyat naziri Baqir Əl-Zubeydi Ərbəinə gələn zəvvarların sayına dair yeni açıqlama ilə çıxış edib. O deyib: bu gün, çaharşənbə günü, 2 dekabr 2015-ci il, azad insanların eşq qibləsi olan şəhidləri ağası İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarının sayı 26 milyoni keçib və ehtimal olunur sabah (3 dekabr 2015-ci il, cüməaxşamı günü, İraqda "ərbəin" sabah keçirilir) bu qərəm 27 milyona çatsın, çünki zəvvar axını hələ də davam etməkdədir. İraq dövlətinin nəqliyyat nazirliyinin statiska şöbəsinin verdiyi məlumata görə İraq daxil olan zəvvarların sayı xaric olanlardan dəfələrlə çoxdur. Həmçinin gün ərzində Kərbəlaya daxil olan qadınların sayı kişilərdən daha çoxdur və zəvvarların 60 faizini qadınlar təşkil edir.
Sabah, 3 dekabr 2015-ci il İraq təqvimi ilə 1437-ci il Səfər ayının 20-cü günü və İmam Hüseyn (ə) ƏRBƏİN günüdür. Bu il bu mərasimdə dünyanın 60 ölkəsi iştirak edir.
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edirlər. Ötən il 20 milyondan çox insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir.