Əl-Xucə məscidi adı ilə tanınan bu məscid Yəmənin Ədən şəhərində yerləşir və 130 il bundan öncə tikilmişdir.
Arannews- Yəmənin Ədən əyalətinin bəzi regionlarında nəzarəti ələ keçirmiş Əl-Qaidə terror təşkilatının ünsürləri Yəməndə şiələrin tarixi məscidini bulduzerlərdən istifadə edərək insanların və yerli vəzifəlilərin gözləri önündə dağıtdılar və gözəl günbəzini yerlə yeksan etdilər.Əl-Xucə adı ilə məşhur olan Hüseyni məscidi Yəmənin Ədən şəhərində yerləşir və 130 il bundan öncə özünə məxsus memarlıqla tikilmişdir. Bu məscid Kəritər şəhərinin İmam əl-Eydrus xiyabanında yerləşirdi.
Bundan əlavə əl-Qaidə terrorist ünsürləri Ləhəc və Həzərmut əyalətlərində də tarixi məscidlərə hücum etmiş, günbəz, zərih və minarələri dağıtmışdılar.