Tarix : 2015 Dec 02
Kod 47070

Şeyx Nimr yüksək əhval-ruhiyyəyə malikdir

Şeyx Nimrin qardaşı: "Şeyx Nimr edamının zamanının yaxınlaşması barəsində gündəlik məlumatların olmasına baxmayaraq, yüksək əhval-ruhiyyəyə malikdir və istənilən hər bir hadisəyə hazırdır"
Arannews- ərəbistanlı məşhur ruhani Şeyx Nimr Baqir əl-Nimrin qardaşı Şeyx Cəfər əl-Nimr Şeyx Nimrin ailəsinin onunla həbsxanada qısamüddətli görüşünə toxunaraq bildirib: Şeyx Nimr edamının zamanının yaxınlaşması barəsində gündəlik məlumatların olmasına baxmayaraq, yüksək əhval-ruhiyyəyə malikdir və istənilən hər bir hadisəyə hazırdır. 
Ərəbistanlı məşhur ruhani Şeyx Nimr Baqir əl-Nimr 2012-ci ildə həbs olunub. 2014-cü il 15 oktyabrda Ərəbistanın Cinayət Məhkəməsi tərəfindən edama məhkum edilib. 
Səudiyyə Ərəbistanının Ali Məhkəməsi və vəliəhdi Məhəmməd Bin Naif tezliklə və öncədən xəbərdarlığın edilməməsi ilə Şeyx Nimr Baqir əl-Nimrin edam olunmasına qərar veriblər. Bu məsələ dünya şəxsiyyətlərindən bir çoxunun reaksiyası ilə üzləşib. 
Bununla əlaqədar İraq şiələrinin ali təqlid mərcəyi Ayətullah Sistani Ərəbistana ünvanladığı müraciətdə bu mübariz şiə ruhaninin edam qərarının ləğv edilməsini istəyib.


  • Yazılıb
  • da (də) 2015 Dec 02
  • Göndərən مدير سايت Aran News