Azərbaycanda Parlament seçkilərinin nəticələri Avrasiya məsələləri üzrə ekspert Rəhmətullah Fəllah ilə müsahibədə
AranNews- Avrasiya məsələləri üzrə ekspert, Rəhmətullah Fəllah-in Azərbaycanda Parlament seçkilərinin nəticələri haqda müsahibəsini təqdim edirik:
Azərbaycanda sayca 5-ci parlament seçkiləri 1 noyabrda keçirildi. Namizədlər bu seçkidə 125 mandat üzrə rəqabət aparırdılar. Seçkidə səs vermə hüququ olan əhalinin 55,7 faizi iştirak etdi. Nəticə olaraq, 70 mandat hakim partiya olan Yeni Azərbaycan Partiyasına, 55 mandat hakim partiyanı dəstəkləyən partiyalara verildi. Musavat və İslam partiyaları kimi hərəkatlar isə seçki fəaliyyətlərində ədalətsizlik şərait yaradıldığına görə seçkilərə getməkdən imtina etdilər. Digər tərəfdən də qərb və Avropa dövlətləri, bir çox hüququ və siyasi təşkilatlar Azərbaycanda parlament seçkiləri prosesini tənqid edərək, dövlətə siyasi təzyiqlər göstərdi. Bununla belə seçkilər tam arxayınlıqla keçdimi?
Aran saytının müxbiri Azərbaycan camiəsinin siyası mədəniyyətində qanunilik komponentləri, qərbin bu seçkilərə yanaşması, islamçı hərəkatların potensialı, Azərbaycan və qərb münasibətlərində soyuqluq yaranması, dövlətin prespektivləri barəsində Avrasiya məsələləri üzrə ekspert Rəhmətullah Fəllah ilə müsahibə aparmışdır. Müsahibəni sizə təqdim edirik:
-Azərbaycan camiəsinin siyası mədəniyyətində qanunilik komponentləri və onların siyasi rəftarları hansı prinsip əsasında formalaşmışdır?
-Əgər xalqın yanaşmasını, onların siyasi quruluşa istiqamətləndirilməsini və onun siyasi mədəniyyətdə funksiyasını götürsək, onda hakimiyyətin məqbulluğu və qanuniliyi müəyyən olacaq. Siyasi hadisələrin tarixi və Azərbaycan xalqının təfəkkürü demokratiya anlayışına yad deyildir. Bu xalq 1918-ci ildə demokratiya və modernizm sahələrində diqqəti çəkən elmi və nəzəri nəticələr əldə etmişdir. Lakin 70 illik kommunist hökuməti və ondan sonra Qarabağ böhranı onların siyasi mədəniyyətində əsaslı dəyişiklik yaratdı. Azərbaycan camiəsi müstəqilliyin ilk illərində (24 il öncə) siyasi böhranların nəticələrini başa düşdülər. Ona görə də hakimiyyətin qəbul edilməsi və qanuniliyinin meyarı təkcə seçki və səs qutuları deyil, bundan əlavə, hər bir dövlət təhlükəsizlik və iqtisadi sabitlik yarada bilərsə, ya da təşkilatlanmış statiska diaqramını ən aşağı həddə endirərsə, xalqın diqqətin cəlb edə bilir. Biz inkişaf etmiş bir ölkənin siyasi davranış meyarlarını Avrasiya ölkələrinə tətbiq etməməliyik. Sovetlər Birliyindən ayrılmış ölkələr həmişə rus siyasi sisteminin dairəsindədirlər. Ona görə də bu siyasətə oxşar siyasi infrastrukturları vardır. Bu üzdən Azərbaycanın seçkilərini öz camiəsinin mədəni və siyasi kontekstində dəyərləndirmək yaxşı olardı.
-Qərbin bu seçkilərə yanaşması hansı məntiqə əsaslanırdı?
-Qərb çoxdandır ki, Azərbaycanda öz nüfuzunu qoymaq, xüsusilə də onu Rusiyadan, hətta İrandan ayırmaq və bu ölkələrə müxalif etmək prosesini sürətlə irəli aparmaqdadır. Halbuki, Azərbaycana hakim olliqarxiya belə siyasətlərin strateji xərclərinə yönəlmişdir. Ona görə də Azərbaycanın xarici siyasətləri balans yaratmağa və ziddiyyətdən qaçmağa cəhd edir. Digər tərəfdəndən də bu ölkənin başçıları öz hakimiyyətlərinin xeyrini rus siyasi sisteminin davamında görürlər.Bu məsələni qərb dövlətləri həzm edə bilmir. Əlbəttə, Azərbaycanın təhlükəsizlik aparatları ölkədə qərbyönümlü hərəkatların fəaliyyətlərini məhdudlaşdırmağa çalışırlar və bunun üçün bir sıra qərbyönümlü media əməkdaşlarını həbs də ediblər.
-Qərbyönümlü hərəkatların seçkilərdə iştirak etməməsinin səbəbini nədə görürsünüz?
-Mənə elə gəlir ki, qərbyönümlü partiyalar seçkilərin şəraitini daha düzgün başa düşdülər. Azərbaycanın hazırkı siyasi səhnəsi mühitində onların proqram və siyasətləri qəbul edilməzdir. Əlbəttə, hakim partiya ilə mütənasib imkan və fürsətləri də yoxdur. Hakim partiya Azərbaycan xalqının tarix yaddaşını Elçibəyin dövründə onların bir illik hökumətində atdıqları müxtəlif addımlarına qarşı təhrik edir.
-İslamçı hərəkatların potensial və imkanlarını necə dəyərləndirirsiniz?
-Azərbaycanda şiə islamçı hərəkatların ictimai gücü onların siyasi güclərindən daha çoxdur. Azərbaycanlı insan kimliyi mahiyyəti və zatında İslam, əsas rol oynamışdır. Xalqın ümumi mədəniyyətində İslamın funksiyası bunu göstərir ki, rusların 70 illik assimilyasiya siyasəti və camiəni yadlaşdırmaq, bu xalqdan islami kimlliyi uzaqlaşdıra bilməyib. Bu günləri Azərbaycanda islami mədəniyyət emalı prosesi çox sürətlə hərəkətdədir. Bu transformasiyanın çıxışı, hətta, öz təsirini siyasi İslamın güclənməsinə də qoya bilər. Qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycanın hakimiyyəti üçün güc kölgəsi sala bilməkdə islamçı qanadların gücü qərbyönümlü hərəkatların gücündən daha çoxdur. Hakimiyyət də ölkənin dini kəsiminin potensialını dəyərləndirə bilir və islamçı hərəkatların fəaliyyətlərini öz nəzarəti altında saxlamağa cəhd edir.
Qeyd edək ki, vəhabi-sələfi islamçıları Azərbaycanda ərəb təşkilatları və Ərəbistan tərəfindən istiqamətləndirilən qarışıqlıq yaradan bir hərəkat kimi dəyərləndirilir. Aydındır ki, bu məsələ Azərbaycanın milli kimliyinin ümumi ruhu ilə tam ziddiyyət təşkil edir.
-Sizin fikrinizcə, seçkilərin nəticəsinin Qarabağ böhranına hansı təsiri olacaqdır?
-Qarabağ böhranı Azərbaycanı strateji surətdə narahat edən bir məsələdir. Bu böhranın nəticəsində ölkənin 20 faiz torpaqları Ermənistanın işğalı altına düşmüşdür. Qarabağ münaqişəsi beynəlxalq aləmdə nadir hadisələrdən hesab olunur və Minsk qurpunun üzvü olan Rusiya, Amerika və Fransanın maraqları xatirinə daha artıq qruplaşma ilə üzləşmişdir. Hər üç ölkə dini təəssüb üzündən münaqişənin Ermənistanın xeyrinə tamamlanmasını istəyirlər. Rusiya öz geopolitik maraqlarına görə böhranın davam etməsini Cəənubi Qafqazda öz nüfuzunun davamlı olması kimi görür. Hazırkı durumda ruslar, Azərbaycanın Rusiyaya meyillənməsinin güclənməsini və bu ölkənin qərblə ixtilaflarının yaranmasını başa düşməklə, Azərbaycanın Avrasiya Gömrük İttifaqına qoşulması qarşılığında Qarabağ ətrafında olan bir neçə rayonu azad etməyə razıdırlar. Bu yanaşma hələlik Moskva-Bakı-Yerevan pərdəarxası siyasətinda davam edir. Belə bir plan gerçəkləşəcəyi surətdə İlham Əliyev dövləti parlamentdən dəstək almaqda elə də çətinliklə üzləşməyəcək.
-Azərbaycan-qərb münasibətlərində soyuqluq davam edəcəkmi?
-Qərbin Qafqaz siyasətlərində Azərbaycan hazırkı hökumətinin lazım uyğunluğu yoxdur. Bununla belə qərb Azərbaycana bu ölkənin Rusiyadan başqa arxalanacaq yer görməməsi həddində siyasi təzyiq etmək istəmir. Qərb bir daha Bakı ilə münasibətlərini normallaşdıracaq, amma ictimai sahələrdə öz hədəflərini dayandırmayacaq. Digər tərəfdən Azərbaycanın da qərblə öz münasibətlərini davam etdirməyə ehtiyacı vardır. Azərbaycanın neft və qaz bazarında qərb şirkətləri böyük investisiya qoyublar. Bakı dövləti buna göz yuma bilməz.
-Azərbaycan hökumətinin prespektivlərini necə dəyərləndirirsiniz?
-Hal-hazırda hakim partiyanın iqtidarı əleyhinə təsir edə biləcək ciddi bir əngəl yoxdur. Azərbaycanda əliyevlər ailəsinin gücünü bərkidən komponentlərdən biri də bu ölkədə güclü bir partiyanın olmamasıdır. Bu ölkədəki partiyalar elə də qüdrətli deyil və onların fəaliyyətləri ən çox mövsümü surətdə, parlament və prezident seçkiləri ərəfələrindədir.
Azərbaycan dövləti hazırkı şəraitdə xam neftdən gələn gəlirdən faydalanmaqla rentier bir dövlətə çevrilib. Bu dövlət bir tərəfdən neft-qaz gəlirlərindən istifadə etməklə özünə tərəfdar toplayır, digər tərəfdən də daxili siyasət sahəsində avtoritar dövlət yaratmağa cəhd edir. Ona görə də milli və müxalif qüvvələrin inkişafının qüdrətinin qarşısını almaq üçün polis-təhlükəsizlik aparatlarını gücləndirməklə sərt siyasi şərait yaradır. Həmçinin, əliyevlər hökumətini qorumaq üçün hökumətə bağlı azadfikirlilər, alim və siyasətçilər tərbiyə edir. Qarabağ cəbhəsində məğlubiyyət planları və işğal olunmuş ərazilərin geri alına bilməməsi bu siyasətlərin düşündürcü aspektlərindəndir. Bərk polis-təhlükəsizlilk durumu olan bir mühitdə milli qüvvələr tərəfindən hansısa islahat, yaxud dəyişiklik aparılması qeyri-mümkün olub və sonda Azərbaycanda siyasi şəraitin milli qüvvələrə bağlanması ilə nəticələnib. Bunları nəzərə almaqla belə qərara gəlmək olar ki, hakim partiya Əliyev ailəsinin başçılığı ilə ən azı 2025-ci ilədək siyasi meydanı və hökuməti öz əlində saxlayacaq.