bu barədə Azərbaycanın daxili işlər naziri məlumat verib.
Arannews- Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib.
Nazirin sözlərinə görə, saxlanılan şəxslərdən 6 avtomat, çoxlu sayda tapança və digər silah-sursat aşkar edilib.
R.Usubov Nardaran sakinlərinə müraciət edərək, əllərdə olan silahları yerlərdəki post patrul xidmətlərinə təhvil vermələrini istəyib: "Silahları könüllü şəkildə təhvil verənlər barəsində heç bir cinayət işi açılmayacaq."