Tarix : 2015 Dec 03
Kod 47074

Suriya ordusunun terrorçu qruplaşmaların mövqelərinə qarşı əməliyyatı davam edir

Suriya ordusu və xalq qüvvələri terrorçu qruplaşmalarla mübarizədə...
Arannews- Suriya ordusunun bu ölkənin müxtəlif bölgələrində terrorçu qruplaşmaların mövqelərinə qarşı əməliyyatı davam edir.
Suriya ordusu qırıcı təyyarələri Suveydanın şərqində İŞİD terror qruplaşmasının mövqelərinə hücum ediblər. Nəticədə çoxlu sayda terrorçu öldürülüb və bu qruplaşmaya ağır xəsarət vurulub. 
Suriya ordusu həmçinin Hələbin şimalında İŞİD-in mövqelərinə hücum edib. 
Həmçinin Suriya ordusu ölkənin şimal-şərqində Laziqiyyə ətrafında irəliləyişlər əldə edib. Bu bölgələrə Rusiya ordusunun qırıcı təyyarələri zərbələr endirirlər. 
Suriya ordusu həmçinin Ərafit, əl-Təhta, Ruveysə, Şeyxu və Kətf əl-Səlat kəndlərinə nəzarəti ələ keçirib. 
Suriya ordusu və xalq qüvvələri Rusiyanın bombardmançı təyyarələrinin dəstəyi ilə son aylarda terrorçu qruplaşmalarla mübarizədə gözə çarpacaq nailiyyətlər əldə ediblər.

  • Yazılıb
  • da (də) 2015 Dec 03
  • Göndərən مدير سايت Aran News