sionist hərbçiləri Fələstin bölgələrinə hücumlarının davamında əl-Xəlil yaxınlığında atəş açaraq 3 uşağı yaralayıblar.
Arannews- Sionist hərbçilər İordan çayının qərb sahilinə hücumları davam etdirərək 3 fələstinli uşağı yaralayıblar.
sionist hərbçiləri Fələstin bölgələrinə hücumlarının davamında əl-Xəlil yaxınlığında atəş açaraq 3 uşağı yaralayıblar.
sionist rejimi hərbçiləri həmçinin Fələstinli Əsir və Azadların məsələləri üzrə komitənin vəkili Tariq Bərğusu Qüdsdə həbs ediblər.
İordan çayının qərb sahilindən əldə olunan digər bir məlumata görə, sionist rejim hərbçiləri dünən işğal olunmuş ərazilərin müxtəlif şəhərlərində 22 fələstinlini həbs ediblər.
İşğal olunmuş ərazilərdə gərginliyin artırılması məqsədilə və sionist rejimin əl-Əqsa məscidinə ardıcıl təcavüzləri nəticəsində həyata keçirilən həbslər şiddətlənmişdir.
Sionist rejim hərbçiləri ötən oktyabrdan indiyə qədər 108 fələstinlini müxtəlif bəhanələrlə və qarşıdurmalarda atəş açaraq şəhid ediblər.
İşğal olunmuş Fələstin əraziləri oktyabr ayının əvvəlindən fələstinlilərin sionist rejimin əl-Əqsa məscidi qarşısındakı təcavüzkar siyasətləri və onun zaman və məkan bölgüsünə qarşı irimiqyaslı etirazlarının şahididir. Fələstinlilərin sionist rejimə qarşı bu qiyamı 3-cü intifazə və yaxud Qüds İntifazəsi kimi tanınır.