İmam Xamenei: "Eşitmişəm dindarlari əziyyət edirsən, amma qulağını yaxşıca aç və eşit, sən etdiyin zülm Məhəmmədrza Pəhləvinin, zülmünə çatmaz, ibərt al!,
AranNews- Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullah ül-üzma Xameneyi həzrətləri, Heydər Əliyevi qəbul etdikdə, ona öyüd və xəbərdarlıq edib, demişdi:
"Eşitmişəm dindarlara əziyyət edirsən, amma qulağını yaxşıca aç və eşit, Məhəmmədrza Pəhləvidən, zülmün onun zülmünə çatmaz, ibərt al! O, İslamla uğraşdı və sonunda xalqın silləsini yedi, xalq onu təpik və tüpürcəklə ölkədən atdı".
Məntəqədə, qəlbi Şiə kinəsilə dolu olan, İxvanul müsliminçi hökmdarların, 4 il daha hakimiyyətdə qalacağını fürsət bilərək, onların arxasınca quyruq bulamağı seçən Azərbaycan rejimi, mahiyyətsiz, mənliksiz, kukla müxalifətdən yox, əsil müsəlman xalqdan qorxduğunu bir daha sübut etdirdi.
Bu rejim yaxşı bilir ki, özləri kimi, xalqın malını qarət ederək bəslənən, səfirliklərin iradəsi ilə əyilib düzələn saxta müxalifətdən bu günə qədər də gəlmədiyi kimi, heç vaxt zərər gəlməyəcəkdir. Bununla bərabər, yenə də yaxşı bilir ki, bütün islam dünyasını saran digər kuklalar və oyuncaq oğrular kimi, bu rejimi də, Qəhrəman Müsəlman Ümməti, silib süpürüb tarixin zibilliklərinə tullayacaqdır.
1437. Ərbəin - Təhran
Sizin qardaşınız: Əsğər Fərdi
Qeyd edək ki, Professor Ə.Fərdi 1988-ci ildə Iran dövlətinin rəhbər şəxsləri və dövlət rəsmiləri ilə uzun müzakirələri və səyləri nəticəsində Təbriz universitetinin dil və ədabiyyat fakultəsində ilk olaraq rəsmən və dövlət qərarı ilə Azərbaycan dili və ədabiyyatı şöbsinin açılışına nail olmuş və bir il müddətincə bu kafedrada tək başına tədrislə məşgul olub, dil və ədəbiyyatımıza həvəskar və marağlı olan geniş tələbə kütləsi yaradıb.
Ə.Fərdi 1991.ci ildə Azərbaycan Elmlər Akademiyası nəzdində filologia elmləri bölümündə dokora dissertasiasını müdafiə etmiş və Moskovada S.S.S.R Elmlər Akademiyasından doktora diplomasını almağa nail olmuşdur. O Ustadı Şəhriyarın vəfatından sonra qeyri ixtiyari olaraq Tabrizi tərk edib Tehrana köçmüş, orada radio Televiziya təşkilatının nəzdində fəaliyyət göstərən Səhər kanalında Azəri TV.ni təsis etmiş və eyni zamanda İran İslam Respublikasının xarici işlər nazirliyində post sovet məkanı üzrə nazir müşaviri işləmişdir.
Rejissor Ə.Fərdi 1993.ci ildən başlayaraq 3 il boyunca "17 Qafqaz şəhəri" adlı və 39 bölümlü sənədli filmin çəkilişilə məşqul olub. “17 Qafqaz şəhəri” filmində XIX yüzillikdə Rusiya ilə müharibədə İranın itirdiyi şəhərlərdən − Bakıdan, Gəncədən, Şamaxıdan, İrəvandan, Naxçıvandan, Lənkərandan... söhbət gedir.
Ə.Fərdi 1996.ci ildə isə bütün Xəzəryanı ölkələrin tanıdılması məqsədilə 41 bölümdə "Xəzər Səfərnaməsi" adlı sənədli filmin yaradılması uğrunda ömrünün 3 ilini vəqf etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır./ ABNA