Vəliyyi-Fəqihin nümayəndəsi və Təbrizin imam cüməsi: Nardaran qəsəbəsində baş vermiş bu xoşagəlməz hadisəni mən keçən həftənin cümə namazında məhkum etmişdim və bir daha məhkum edirəm.
AranNews- Ayətullah Müctəhid Şəbüstəri Təbriz şəhərində keçirilən İmam Hüseyn (ə) Ərbəini mərasimində son günlər Azərbaycan Respublikasında baş verən hadisələrə toxunaraq deyib: "Bakının Nardaran qəsəbəsində baş vermiş bu xoşagəlməz hadisəni mən keçən həftənin cümə namazında məhkum etmişdim və bir daha məhkum edirəm. Bu sərt hərəkət düzgün olmayıb və İslam ölkəsinə yaraşan əməl deyil".
"Əhalisinin çoxu müsəlman-şiə olan bir ölkə öz xalqı ilə belə rəftar etməməlidir. Ümid edirəm ki, tezliklə bunu başa düşsünlər, Nardaran əhalisi üçün yaranmış məhdudiyyətlər aradan qaldırılsın və xalqdan üzr istənilsin"- deyə, Ayətullah bildirib.
O artırıb: "Bu hadisədə beş, ya altı nəfər şiənin şəhid olmasına səbəb olanlar, bərk cəzalandırılmalı və Nardaranda belə acı hadisələrin təkrarlanmasının qarşısı alınmalıdır. Bu məntəqənin əhalisinin müsəlman və şiə olmasını nəzərə almaqla, onlara qarşı belə hərəkətlərə yol verilməməlidir".