Tarix : 2015 Dec 05
Kod 47092

Azərbaycan şiələrinin hökumət tərəfindən repressiya edilməsi bu ölkə ziyalılarının qəzəbinə səbəb olub

Çoxlu sayda Azərbaycan Respublikası ziyalısı imza toplayaraq Nardaranda Əhli-Beyt (ə) aşiqi olan əhalinin terrorizm və İŞİD terror qruplaşmasını dəstəkləməsində ittiham edilməsini pisləyib və bu ölkədə vəhhabilik təhlükəsi barədə xəbərdarlıq edib.
Arannews- Azərbaycan Respublikası şiələrinin polis tərəfindən repressiya edilməsi bu ölkə ziyalılarının qəzəbinə səbəb olub.
Çoxlu sayda Azərbaycan Respublikası ziyalısı imza toplayaraq Nardaranda Əhli-Beyt (ə) aşiqi olan əhalinin terrorizm və İŞİD terror qruplaşmasını dəstəkləməsində ittiham edilməsini pisləyib və bu ölkədə vəhhabilik təhlükəsi barədə xəbərdarlıq edib. 
bu məktubu imzalayanlar bildiriblər: Heç kimə gizli deyil ki, Ərəbistan, sionisti rejim, ABŞ, İngiltərə, Fransa, Almaniya və Türkiyədəki koalisiyon framasioner mərkəzlər onların bir hissəsidir. Yalandan Allah-Əkbər fəryad edən və qırğınlar törədən İŞİD ünsürlərindən istifadə olmaqla neft ölkələrinə nəzarət etməyə səy göstərirlər. 
Bu ziyalılar bildiriblər: Azərbaycan Respublikası islam və zəngin neft ehtiyatlarına malik ölkə olaraq İŞİD planının icra olundu məkanlardandır və bu koalisiya İmam Hüseyn (ə) üçün əzadarlıq mərkəzi kimi tanınan şiəsakinli Nardaran qəsəbəsini qurbanlıq üçün seçmişlər. 
Beləliklə Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında məmur olan maskalı şəxslər Nardarana hücum etməklə, Bünyatovun ailəsinin mənzilinə basqın edib və günorta namazı vaxtı bu mənzildə əzadarlıq məclisində iştirak edən təxminən 30 nəfərdən 5 nəfəri qətlə yetirib və Hacı Tale Bağırzadə və bir qrupu həbs ediblər. 
Bu məktubda bildirilir: Azərbaycan Respublikasının təhlükəsizlik xidmətlərində kök atan İŞİD terror qruplaşmasının ünsürləri Nardaranda 2 mömin polis məmuruna da atəş açaraq qətlə yetirib və onların nardaranlılar tərəfindən qətlə yetirildiyini və Hacı Tale Bağırzadə və ətrafındakılarının Azərbaycan Respublikası hökumətinə qarşı çevrilişə çalışdığını iddia ediblər. 
Onlar Nardaranda "Ya Hüseyn" və "Ya Əbəlfəz" bayraqlarını da İŞİD bayraqları qələmə verib və bu məqsədlə televiziya kanalları və internet portallarını səfərbər ediblər. 
Bu cinayətkarlar Azərbaycan Respublikası ruhanilərinin çarə tapmasına mane olmaq üçün eyni zamanda Bilgə məscidinin imam camaatı Hacı Zülfüqar Mikayılzadə, Lənkəran ruhanilərindən Hacı Elman Ağazadə, eləcə də bir qrup dindarı Gəncə və Neftçalada çevrilişə cəhd bəhanəsi ilə həbs edib və sonra Nardaranın bütün girişlərində zirehlilər yerləşdirərək dindarların həbsini davam etdirirlər. 
Halbuki bütün həbs olunanlar İmam Hüseyn (ə) məktəbinin ardıcıllarıdır. Onlara qarşı irəli sürülən əsassız ittihamlar yalnız Azərbaycan Respublikasını "nəsranilərin" arxa bağçasına çevirmək çərçivəsində həyata keçirilir və 1937-ci ilin repressiyalarını xatırladır. Bu dəfə də sionizmə bağlı qüvvələr Azərbaycan Respublikasını öz arxa bağçalarına çevirməyə çalışırlar. 
Azərbaycan Respublikası ziyalıları bu məktubda həmçinin əhalidən istəyib ki, bu fitnə və ifratçı ittihamlar və ruhanilər və nardaranlıların İŞİD-çi olması ididasının qarşısında sayıq olsunlar və icazə verməsinlər ki, Əhli-Beyt (ə) aşiqlərinin diyarı vəhhabilik və sionizm maskalılarının arxa bağçasına çevrilsin.


  • Yazılıb
  • da (də) 2015 Dec 05
  • Göndərən مدير سايت Aran News