Ərdəbil əyalətinin ictimai təşkilat və qurumlarının 26 noyabrda Nardaranda baş verən qanlı hadisələri, dindarların həlak edilməsini və möminlərin həbs edilməsini məhkum etdilər.
AranNews- Azərbaycan Respublikasının polis və təhlükəsizlik qüvvələri 26 noyabrda Bakının Nardaran qəsəbəsinə hücum edərək 5 nəfəri şəhid etmiş, bir neçə nəfəri yaralamış, müqəddəs Nardaranda olan onlarla ruhani və dindarı həbs etmişdir. Azərbaycan hökumətinin islamofobiya hərəkəti və din əleyhinə fəaliyyətləri misilsiz olmasına, son bir neçə ildə bu ölkənin dindarlarına hücum etməsinə, hazırda 80 nəfər dindarın qorxulu və ağır şəraitdə olan həbsxanalarda saxlanılmasına baxmayaraq, 26 noyabrda günahsız insanları qətlə yetirməsi və onlarla dindarı həbs etməsi Azərbaycan Respublikasının dini, siyasi və diktatorluq hökuməti tarixində dönüş nöqtəsi hesab olunur.
Azərbaycan hökuməti ermənilərlə döyüşmək, İslamın peykərinin bir hissəsi olan Qarabağ ərazilərini işğaldan azad etmək əvəzinə naşı siyasi geriləmə ilə həzrət Əba Əbdillah Hüseyn (ə) aşiqləri olan ruhani və dindar camaat qarşısında dayanmış, Hüseyn (ə) Ərbəini astanasında bu ölkənin möminlərini öldürmüş və həbs etmişdir. Bu ilin Tasua və Aşura günlərinin mərasimlərindəAzərbaycanın müsəlman xalqı coşqun və əzəmətli şəkildə iştirak edərək, özlərinin Əhli-beyt (ə) aşiqi və ardıcılı olduqlarını və heç bir güc qarşısında qorxmadıqlarını göstərdilər.
Ərdəbil əyalətinin ictimai təşkilat və qurumları, Azərbaycan Respublikasının təhlükəsizlik və polis qüvvələrinin ötən həftənin qanlı cümə axşamı günü Nardaran qəsəbəsində cinayətkarcasına və qeyri-insani hərəkətlərini məhkum etməklə yanaşı, Azərbaycan həbsxanalarında saxlanılan bütün ruhani və dindarların azad edilməsini, həmçinin, bu ölkə dindarlarından üzr istənilməsini, hadisənin cinayətkarları barədə cinayət işinin açılmasını tələb edir.
Bəyaniyyə iştirakçilari:
- Ərdəbil Əyalətinin Rahpuyan Cəmiyyəti
- Mühəqqiq Ərdəbili UniversitetiTələbələrinin İslamı Qurumu
- Fərhəngiyan Universitetinin Bəsic Tələbələr Birliyi
- Müşfiqin Mədəniyyət Mərkəzi
- Fəcri Darul-İrşad Mərkəzi
- Mühəqqiq Ərdəbili Universitetinin Bəsic Tələbələr Birliyi
- Məhdi-Təşəyyö Mədəniyyət Mərkəzi
- Qafqaz Mədəniyyət Mərkəzi
- Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət Mərkəzi
- Şiəşünaslıq Araşdırmalar Mərkəzi
- Şiəlk Tarixi Araşdırmalar Mərkəzi
- Peyam-Nur Universitetinin Bəsic Tələbələr Birliyi
- Ərdəbil Məktəblilərinin İslami Birliyi
- Nuvin Universitetinin Bəsic Tələbələr Birliyi
- Darul-İrşad Araşdırmalar və Mədəniyyət Mərkəzi
- Səlsəbil Quran Mərkəzi
- Nəcm Tərbiyə Layihəsi Katibliyi
- Ərdəbil Nəhcül-Bəlağə Mərkəzi
- Şeyx Səfiyəddin İshaq Tədqiqat Mərkəzi
- Məhdəviyyət və Kimlik Mərkəzi
- Darul-İrşad Kimlik Mədəniyyət Mərkəzi
- Ərdəbil Müdrikləri Quran və İtrət Mərkəzi
- Azəri Dillilərin Şiə Kimliyini Müdafiə Edənlər Mədəniyyət Mərkəzi
- Bir qrup dini heyət.