Tarix : 2015 Dec 05
Kod 47096

Ayətullah İmami Kaşani: "Islam dini insanları aydınlatmaq üçün göndərilib"

Yalnız bu zaman İslam dini sayəsində dünyada sabitlik və təhlükəsizliyə nail olmaq olar.
Arannews- Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani bu gün cümə namazı xütbələrində İslamı insanlıq dini adlandırıb və deyib: İlahi dinlər insanları hidayət etmək üçün göndəriliblər. Amma, İslam dini insanları aydınlatmaq üçün göndərilib.
 Ayətullah İmami Kaşani dünya cavanlarına xitabən deyib: Gənclər İslam dini ilə tam agah və ayıq formada əlaqə qurmalıdırlar. Yalnız bu zaman İslam dini sayəsində dünyada sabitlik və təhlükəsizliyə nail olmaq olar.
 Tehranın müvəqqəti imam cüməsi əlavə edib: Gerçək dialoq və doğru yolda hərəkət etmək təhlükəsizliyə malik olan ideal bir yaşamın formalaşmasına səbəb olar. Və dünyanın üzləşdiyi hazırkı böhranlar yalnız bu çərçivədə öz həllini tapacaq.
 Ayətullah İmami Kaşani həmçinin Qərbin terrorizm ilə bağlı ikili siyasətlər yürütməsinə işarə edərək, deyib: Qərb təzadlara düçar olub. Çünki, bir tərəfdən İŞİD terrorizmi ilə müxalifət edir, digər tərəfdən isə sionist rejimin dövlət terrorizmini dəstəkləyir.
Xətib Ərəbistanın İŞİD terrorçularını dəstəklədiyini bildirib: Ali–Səud rejimi orta əsrlərə xas şahənşah üsul- idərəsi ilə idarə edilən dövlət və zamanəmizin ən geridəqalmış hökumətidir.
O əlavə etdi: Ərəbistan xalqı geridə qalmış səudi hökmdarlarından ayrılacaqlar. Bu bir həqiqətdir.
Tehranın müvəqqəti imam cüməsi daha sonra bu ilki Ərbəin mərasiminin əzəmətli formada keçirilməsinə işarə edib və deyib: Bu böyük günün misilsiz formada qeyd edilməsinin səbəbi İmam Hüseyn(ə)-ın küfr əleyhinə mübarizə aparmaqla yanaşı, o dövrün hakim zümrəsinin yalançı İslam maskasını yırtmasıdır. Bununla da İmam Hüseyn(ə) həqiqi İslamı dünyaya tanıtdırmış oldu.
 Tehranın bu həftəki cümə namazının xətibi daha sonra Ərbəin mərasiminin yüksək səviyyədə təşkil edilməsinə görə İraq dövləti və xalqına təşəkkür edib və deyib: Terrorçuların təhdidlərinə və milyonlarla insanın Kərbəlaya üz tutmasına rəğmən, Ərbəin mərasimi tam təhlükəsiz bir şəraitdə və möhtəşəm formada keçirildi.


  • Yazılıb
  • da (də) 2015 Dec 05
  • Göndərən مدير سايت Aran News