Tarix : 2015 Dec 05
Kod 47100

Ərəbistanlı qırıcılar yəmənin cənubu və mərkəzini bombalayıblar

ərəbistanlı qırıcılar bu gün Yəmənin cənubundakı Zalə vilayətində yerləşən Dəmət məntəqəsinə və bu ölkənin mərkəzindəki Təiz vilayətinə hücum ediblər.
Arannews- Ərəbistanlı qırıcılar bir neçə növbədə Yəmənin cənubu və mərkəzini bombalayıblar.
Əlməsirə xəbər agentliyinin məlumatına görə, ərəbistanlı qırıcılar bu gün Yəmənin cənubundakı Zalə vilayətində yerləşən Dəmət məntəqəsinə və bu ölkənin mərkəzindəki Təiz vilayətinə hücum ediblər.
Hələ ərəbistanlı qırıcıların Yəmənə qarşı hücumlarından törənmiş tələfat və xəsarətin miqdarı barədə bir məlumat yayılmayıbdır.
Belə bir halda, Yəmənin ordu və xalq qüvvələri Təizin şərq və qərb məntəqələrində bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadiyə tərəfdar qüvvələrlə toqquşublar ki, nəticədə on altı nəfər ölüb, otuz nəfər də yaralanıbdır.
Ərəbistan qırıcıları dünən də Yəmənin cənubundakı Marəb vilayətinin məntəqələrini bombalamışdılar.


  • Yazılıb
  • da (də) 2015 Dec 05
  • Göndərən مدير سايت Aran News