Tarix : 2015 Dec 05
Kod 47105

Ərdəbildə Nardaranın Hüseyn (ə) əzadarları şəhidlərinə 7 mərasimi keçirildi

Azərbaycan Respublikasının Nardaran qəsəbəsində imam Hüseyn (ə) əzadarlarının şəhadətinin yeddinci günü mərasimi Ərdəbil camaatının geniş iştirakı və onlarla Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə Seyid Sədrəddin hüseyniyyəsində keçirilib.


AranNews-
Redaksiyamızın məlumatına əsasən, mərasim tanınmış qari Hacı Məhmmədrza Məhəmmədpurun Qurani-kərimdən bir neçə ayə tilavət etməsi ilə başlanıb. Mərasimin natiqi Nardaran qəsəbəsindəki qanlı faciəni pisləyərək bu dəhşətli hadisəni ayələr və rəvayətlər prizmasından bəyan edərək artırıb: “Dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikasında dövlətin bu hərəkəti bütün dünya şiələrinin narahatlığına səbəb olmuşdur və namaz qılan möminləri qətlə yetirmək hər halda pis və məhkumdur”.

Mərasimin davamında Seyid Sədrəddin türbəsinin dini icmasının üzvü cənab Şəkiba mərasim iştirakçılarını salamladı və Azərbaycan Respublikasında 5 nəfər şiənin şəhadəti barədə başsağlığı verib. O artırıb: “Əba Əbdillah Hüseynin (ə) hərəkatı həmişə coşqun və kükrək olmuş, onun əzadarlarının bayrağı həzrət Bəqiyyətullahil-Əzəmin (əc) zühuruna qədər coşqun və kükrəyən qalacaq, zalım hökumətlər qarşısınca başı uca olacaq”.
Hövzə və universitet müəllimi höccətül-islam vəl-müslimin doktor Behzad mərasimin davamında tanınmış tədqiqatçı-alim höccətül-islam vəl-müslimin Adil Mövlayinin vəfatı və azəri qonaqların geniş iştirakına toxunaraq bu münasibətilə iştirakçılara başsağlığı verib.
Xətib çıxışını iki hissəyə bölüb. Birinci hissədə dost və qonşu ölkə olan Azərbaycanın dövlət başçılarına və rəsmilərinə xitab edib. İkinci hissəsini isə Nardaranda son hadisələr zamanı şəhid olanlara həsr edib.
Birinci hissədə təqvalıların mövlası Əmir əl-möminin Əlinin (ə) bu hədisini oxuyaraq, izah edib: “Hökumətlər insanların imtahan meydanıdır”. Yəni hökumətlər tərəfindən verilən hər bir qərar onun xalqının gələcəyində təsir qoyur və ən ağıllı insanlar o kəslərdir ki, uzaqgörən olsunlar və neçə günlük fani həyata üçün bu dünyada qərar verməsinlər.
Biz Azərbaycan dövlətindən soruşuruq; Siz nə üçün insanları mühakiməsiz və Allahın əman yerində güllə-baran, onları şəhid etdiniz və yaraladınız?
Həzrət Əli (ə) buyurur: “Hər kəs haqla mübarizə etsə, məhv olacaq”. Azərbaycan dövləti öz rəftarını bu ölkənin şiələrinə qarşı dəyişdirməlidir. Azərbaycan hökuməti Rza şahdan, Səddam Hüseyndən güclü deyil və olmayacaq. Belə hökumətlərdən ibrət götürməli, onların aqibətinə baxıb görməlidir ki, istifadə müddəti bitən kimi himayədarları onlarla mümkün olan ən pis şəkildə rəftar etdilər. Siz izzət istəyirsinizsə, bunu imam Hüseyndən (ə) alın, sərvət və qüdrət istəyirsinizsə, bunu süquta doğru gedən qərb dövlətlərindən, təkfirçilərdən və Ərəbistandaan deyil, məsum imamlardan (ə) istəyin.
Rəsuli-əkrəm (ə) buyurub: “Ey hökuməti əlinə alanlar, camaatla məhəbbətlə rəftar edin və onları himayə edin”.
Siz əgər müharibə etmək istəyirsinizsə, Qarabağda döyüşün. Ali Məqamlı Rəhbər Qarabağı İslamın canının bir hissəsi adlandırır. Gedin, 25 ildir işğal altında qalmış və qərbin boş vədələrilə bu gün-sabaha saxlanılan Qarabağı azad edin.
Doktor Behzad çıxışının ikinci hissəsində deyib: “Yaranışın əvvəlindən indiyə kimi iki yol mövcud olub və davam etməkdədir: biri haqq yoludur və bu imam Hüseynin (ə) yoludur. Biri də batil yoludur. Bu da Yezidin getdiyi yoldur. Həmişə haqq yolu batil yola qalib olacaqdır. Bu hadisədə uca şəhadət məqamına çatanlar məzlum olublar və biz bu şəhidlərin məzlumiyyətini çox yaxşı dərk edirik. Çünki biz şah zamanı öldürülməyi çox yaxşı dərk etmişik. Biz bütün canımız və qanımızla onları başa düşürük, öz növbəmizdə bu şəhidlərin ailəsinə başsağlığı veririk və deyirik: onlar barədə narahat olmayn, çünki onlar Əba Əbdillah Hüseynin (ə) qonaqlarıdır. Bütün xeyir-bərəkət imam Hüseynin (ə) qapısında toplanıbdır.
Biz Azərbaycan hökumətindən istəirik ki, şiələrlə rəftarına yenidən baxsın və öz xalqına arxalansın, işğal edilmiş əraziləri ermənilərin xəbis vücudundan təmizləsin”.
Qeyd edək ki, keçən həftənin cümə axşamı günü Azərbaycan Respublikasının xüsusi əməliyyat qüvvələrinin Nardaran qəsəbəsində əzadarlıq məclisinə hücumu nəticəsində Rəhimə Xatun ziyarətgahında 5 nəfər namazqılan şəhid olmuş və onlarla dindar yaralanmış və həbs edilmişdir. Azərbaycanın Daxili İşlər Nazirliyi heç bir fakt və sübut təqdim etmədən “Müsəlman Birliyi Hərəkatı”nı radikal hərəkətlərdə ittiham etmiş, bu hərəkatın xüsusi əməliyyat qrupu qarşısında müqaviməti nəticəsində Nardaran əhalisinin iki nəfər polis əməkdaşını öldürdüyünü iddia etmişdir.
  • Yazılıb
  • da (də) 2015 Dec 05
  • Göndərən مدير سايت Aran News