“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsisçisi olduğu “Ekran-efir” qəzeti fəaliyyətini dayandırıb. Qəzetin əməkdaşları işdən çıxarılıb.
AranNews- “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım açıqlamasında bildirib ki, “Ekran-efir” qəzeti bundan sonra fəaliyyətini kağız deyil, onlayn formatda davam etdirəcək: “Qəzetin onlayn formata keçidi çoxdan planlaşdırılırdı”.
“Ekran-efir” qəzeti işçilərinin vəzifədən çıxarılmasına gəlincə, X.Qasım bunları deyib: “Kadr məsələləri daxili işimiz olduğundan bu barədə açıqlama vermirik”.