Sionist rejim hərbçilərinin Qərb Sahilinə olan hücumları zamanı onlarla fələstinli yaralanıb və əsir alınıb.
Arannews- sionist rejim ordusu Qərb Sahilində onlarla fələstinlini yaralayıb və əsir alıb.
şənbə günü sionist rejim hərbçiləri Qərb Sahilində Ras əl-Əmud məntəqəsinə hücum ediblər.
Bu hücum zamanı sionistlər döyüş güllələri və gözyaşardıcı qazlardan istifadə ediblər. Bu da çoxlu sayda fələstinlinin İsrail rejiminin siyasətlərinə etiraz məqsədilə aksiya keçirən fələstinlilər arasında çoxlu sayda insanın yaralanmasına səbəb olub.
Qüdsü Müdafiə Komitəsi bu hadisə ilə bağlı bir bəyanat yayaraq, bildirib ki, işğalçı rejim oktyabr ayının əvvəllərindən Qüds İntifazəsinin başlandığı zamandan bəri Silvan və Ras əl-Əmud məntəqələrində təhlükəsizlik tədbirlərini xeyli gücləndirib, yoxlama-buraxılış postları yaradaraq, fələstinlilərin gediş-gəlişini önləyir.
Həmçinin, sionist rejim hərbçiləri şənbə günü Qilqiliyada fələstinlilərə tərəf atəş açmaq və gözyaşardıcı qazlar atmaqla onlarla fələstinlinin yaralanmasına səbəb olublar.
İşğal altında olan Qüdsün sionist bələdiyyə rəsmiləri bildiriblər ki, əl-Əqsa məscidinin cənubunda yerləşən Silvan məntəqəsində fələstinlilərə məxsus bir neçə ticarət mərkəzinin və yaşayış binasının sökülməsi haqda qərar qəbul ediblər.
Bu barədə qərarın çıxarılmasının ardınca bir qrup sionist hərbçi Silvan məntəqəsinə hücum edərək, bir neçə yaşayış binasını dağıdıb, daha bir neç bina və ticarət obyektinin fotoşəkillərini çəkiblər. Daha sonra bu binaların sahiblərinə, binaların dağıdılacağı barədə xəbərdarlıq ediblər.