İran İŞİD neftinin Türkiyə tərəfindən satıldığına dair əllərində ciddi dəlillərin olduğunu bildirib.
AranNews- İran İnqilabı Qərarların Uyğunluğu Şurasının katibi Mohsen Rezai, Suriyada olan İranlı müşavirlərin Suriya neftini daşıyan terrorçulara aid TIR-ların Türkiyəyə keçmək üçün istifadə etdiyi bütün mümkün yolların fotoşəkilini çəkdiyini deyib.
Rezai deyib ki, əgər Türk rəhbərliyi İŞİD-in ölkədəki neft ticarətinə bağlı məlumatlarına malik deyillərsə, ətraflı məlumatı onlara verməyə hazırıq.
"Bu dəlillər jurnalistlərə təqdim oluna bilər və televiziya verilişlərində istifadə edilə bilər", - deyə Rezai bildirib.
Suriyada yaralanan iranlıları ziyarət edən İranın rəsmisi, yaxın müddətdə bu mühüm materialların ictimaiyyətə təqdim ediləcəyini söyləyib.