AranNews- Türkiyə ilə Rusiya arasında hava məkanın pozulması nəticəsində Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra başlayan böhran, dənizçilik sektoruna da ciddi təsir etməyə başlayıb.
son bir həftə içərisində Rusiya limanlarına yük daşıyan 5 Türkiyə bayraqlı gəmi Port State Control (Pi Es Ci) nəzarətinə alınıb. Rusiyanın Türkiyə gəmilərinin Novorossiysk limanında həbs etməsinə cavab olaraq Türkiyə limanlarına naviqasiya edən 4 Rusiya bayraqlı gəmi Samsun limanında aparılan Pi Es Ci yoxlamaları nəticəsində həbs olunub.
Məlumatda qeyd edilir ki, həmin gəmilərin Türkiyəyə məxsus dəniz sularında üzməsi qadağan edilib.