Gürcüstan vətəndaşlığından çıxarılan sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisi rəhbərliyinin ondan çox qorxduğunu söyləyib.
AranNews, Sputnik-ə istinadən xəbər verir ki, Saakaşvili Gürcüstan prezidenti Qeorqiy Marqvelaşvilinin imzaladığı fərman haqqında açıqlamalar verib: "Bu qərar, əlbəttə siyasi bir qərardır. Məndən çox qorxurlar. İfadə azadlığıdan qorxurlar. İqtidara gəldikdən sonra hədəflərinin məni həbsə atmaq olduqlarını söyləyirdilər".
Gürcüstan ədliyyə naziri Tea Tsulukiani dekabrın 3-də Gürcüstan prezidenti Marqvelaşviliyə Saakaşvilinin vətəndaşlıqdan çıxarılmasını tövsiyə etmişdi.