Rusiya baş nazirinin göstərişi ilə Fələstinə 5,3 milyon dollarlıq yardım ediləcək
Arannews- Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Fələstinə yardım məqsədilə 5,3 milyon dollar vəsaitin ayrılmasına göstəriş verib.
Bundan əlavə Fələstin tərəfi ilə humanitar yardımın şərtləri və qaydalarının razılaşdırılmasına dair tapşırıqlar verilib.
Öz növəsində Rusiya Xarici İşlər Nazirliyinə də maddi vəsaitin Fələstinə köçürülməsini təmin etmək tapşırılıb.