Tarix : 2015 Dec 07
Kod 47127

İŞİD kimi qruplaşmaların İslam dini ilə heç bir əlaqəsi yoxdur

10 müsəlman ölkəsində İŞİD –ləə bağlı rəy sorğusu keçirilib, müsəlmanlar onlara nifrət bəslədiklərini nümayiş etdirib və bildiriblər ki, İŞİD kimi qruplaşmaların İslam dini ilə heç bir əlaqəsi yoxdur.
Arannews- PYU Araşdırmalar Mərkəzi tərəfindən 10 müsəlman ölkəsində rəy sorğusu keçirilib. Sorğunun nəticələrinə görə, bütün livanlılar, istisnasız olaraq, İŞİD - ə nifrət bəsləyirlər.
Fələstinlilərin 84 % - i İŞİD ünsürlərinə böyük nifrətlə yanaşırlar.
Sorğuda İndanoziya, Türkiə, Nigeriya, Burkinafaso, Malaziya və Seneqal vətəndaşları daha çox iştiak ediblər. Onlar da İŞİD - ə nifrət etdiklərini bildiriblər.
Pakistanda isə yalnız iştirakçıların 28 % - i İŞİD - ə nifrət etdiklərini söyləyirlər, buna baxmayaraq Pakistanlıların 62 % - i bu sorğuya cavab verməkdən imtina ediblər.
Qeyd edək ki, Suriya və İraqın bir hissəsini işğal edən təkfirçi İŞİD ünsürləri din pərdəsi altında olmazın cinayətlər törədirlər. Müsəlmanlar onlara nifrət bəslədiklərini dəfələrlə nümayiş etdirib və bildiriblər ki, İŞİD kimi qruplaşmaların İslam dini ilə heç bir əlaqəsi yoxdur.
Buna baxmayaraq, bəzi ərəb və qərb ölkələri bu təkfirçi vəhhabi qruplaşmalarını dəstəkləməkdə davam edirlər.


  • Yazılıb
  • da (də) 2015 Dec 07
  • Göndərən مدير سايت Aran News