Azərbaycanda ərzaq məhsullarının, gündəlik təlabat mallarının qiyməti 15-50 faiz aralığında artıb.
AranNews- Qiymət artımı daha çox ərzaq və gündəlik tələbat mallarında hiss olunur. Artıq hər bir sakin gündəlik tələbatlarını ödəmək üçün etdiyi kiçik alış-verişdə bunu hiss edir.
məhsulların qiyməti onun yerli və ya xarici istehsal olmasından asılı olmayaraq bahalaşıb. Məsələn, əvvəllər 10 qəpiyə olan yumurta indi 15 qəpik olub. Digər məhsullarda da müvafiq artımlar tətbiq olunur. hazırda baş verən qiymət artımı ilk devalvasiyanın nəticəsidir. Çünki ölkə iqtisadiyyatı fevral ayında baş verən hadisəyə uyğunlaşa bilmədi.
Azərbaycanda daxili istehsal müəssisələri xammal alışını dollar vasitəsilə həyata keçirdikləri üçün, ölkədə istehsal olunan məhsullarda qiymət artımı qaçılmazdır. Vəziyyətdən istifadə edən bəzi sahibkarlar isə qiymətləi suni şəkildə artırır.
Kənd təsərrüfatı nazirliyi qeydə alınan bahalaşmanı mövsümlə əlaqələndirir və bu sahədə tənzimləmə işlərini paytaxtda, Xırdalan və Sumqayıt şəhərlərində keçirilən yarmarkaların sayının 10-a qaldırmaqla aparmaq istəyir.