Georgia Servisi/Aran Agentliyi
BMT-nin Baş Assambleyası qaçqınların Abxaziyaya qayıtması barədə qətnamə qəbul edib. Sənədin təşəbbüskarı kimi Gürcüstan çıxış edib. Rusiya bu addıma qarşı çıxış edib.
Sənədin mətninə əsasən, Baş Assambleya eləcə də bütün BMT üzvlərini öz vətəndaşlarına Abxaziya (Gürcüstan) ərazisində, geri qayıdan qaçqınların mülkiyyətini almaq icazəsi verməməyə səsləyir.
Sənədin lehinə 14 ölkə, əleyhinə 11 səs verib.
105 ölkənin nümayəndələri bitərəf qalıb, 62 dövlət təmsilçisi ümumiyyətlə səs verməyib.
Azərbaycan Gürcüstana dəstək verən 13 ölkənən biri olub. Bundan başqa qətnamənin lehinə ABŞ, Ukrayna, İsveç, Slovakiya, Rumıniya, Polşa, Albaniya, Çexiya, Estoniya, Latviya, Litva və Macarıstan səs veriblər.
Rusiya bildirib ki, qətnamə BMT-nin fəaliyyətinə ziyan vurur.
"Sənəd gürcü-abxaz münaqişəsi barədə təhrif olunmuş təsəvvür yaradır."
Sənədin əleyhinə Rusiya ilə yanaşı Ermənistan,Belarus, Venesuela, Hindistan, İran, KXDR, Birma, Serbiya, Suriya və Sudan səs veriblər.
Lakin sənəd sadə səs çoxluğu ilə qəbul edilib.
Abxaziyanın xarici işlər naziri Sergey Şamba bəyan edib ki, "BMT Baş Assambleyasının qətnaməsinin abxazlar üçün heç bir əhəmiyyəti yoxdur.
Bu sənədə səs verən ölkələr, bir daha Gürcüstanın təklif etdiyi hər şeyə imza atmağa hazır olduqlarını sübuta yetiriblər. "