Höccətül-islam vəl-müslimin Əkrəmi, bildirib: dünyanın hər hansı bir yerində şiələrə zülm olunubsa, biz şiələri himayə etmişik və bundan sonra da öz himayəmizi davam etdirəcəyik.
AranNews- Höccətül-islam vəl-müslimin Əkrəmi Sərab rayonunda keçirilən cümə namazının xütbələrində Azərbaycanın təhlükəsizlik qüvvələrinin Nardaran qəsəbəsinin şiələrinə hücumu hadisəsinə toxunaraq deyib: "Dünyanın hər yerində şiələrə qarşı təzyiqlərin artmasının ardınca, Azərbaycan Respublikasının hökuməti də Türkiyə baş nazirinin bu ölkəyə səfəri astanasında Nardaran qəsəbəsində imam Hüseyn (ə) şiələrinə hücum etmiş, onları əzadarlıq etdikləri halda gülləbaran edərək, 5 nəfəri şəhid, 14 nəfəri də həbs etmişdir. Sonra isə qəsəbənin su, qaz, işıq və telefon xəttini kəsərək şiələri daha artıq sıxışdırmışdır".
Əkrəmi artırıb: "İlham Əliyev yadına salmır ki, Qarabağ münaqişəsində İran İslam Respublikası Azərbaycanın dövlət rəhbərlərinə kömək etməsəydi, indi hansı vəziyyətdə idilər? Azərbaycan Respublikası bir neçə dəfə məhv olmaqla üzbəüz oldu və həmin İlham Əliyev ölkədən qaçmaq istəyirdi. İran İslam Respublikasının qüvvələrinin bərəkətindən ermənilər öz məqsədlərinə çata bilmədilər".
İmam cümə Azərbaycanın dövlət başçılarına xitab edərək deyib: "İndi elə bir həddə çatmısınız ki, sizin xarici işlər naziriniz İranı terrorçu ölkə və Azərbaycandakı iğtişaşların səbəbkarı adlandırır? Biz, Azərbaycanın zalım və qərbyönümlü dövlət rəsmilərinə bərk xəbərdarlıq etməklə xatırladırıq ki, dünyanın hər hansı bir yerində şiələrə zülm olunubsa, biz şiələri himayə etmişik və bundan sonra da öz himayəmizi davam etdirəcəyik".