Təbriz əhalisinin İslami Şura Məclisində təmsilçisi: "İlham Əliyev Azərbaycanda xalqın qarşısında dayanmışdır və bu demokratiyanın ziddinədir.
AranNews- Təbriz əhalisinin İslami Şura Məclisində təmsilçisi Məhəmməd İsmail Səidi jurnalistlərə verdiyi müsahibəsində deyib: "İlham Əliyev Azərbaycanda xalqın qarşısında dayanmışdır və bu demokratiyanın ziddinədir. İlham Əliyev bilməlidir ki, xalqın gücü qarşısında dayanmaq olmaz".
M. Səidi dövlət rəsmilərinin Ərdoğanın təhdidləri və İlham Əliyevin Azərbaycanın müsəlman xalqını öldürməsinə qarşı passiv diplomatiyasını tənqid edərək deyib: "Ərdoğan bilməlidir ki, Türkiyədə İran İslam Respublikasının milyolarla tərəfdarı vardır. Ona görə də İranı təhdid etməsi onun üçün ciddi problemlə tamamlana bilər. Türkiyə prezidenti tarixi bir səhvə yol verib və sərt danışmaqla günbəgün böhranı qızışdırır".
"Ərdoğan, Amerikanın dəstəyi ilə regionda terrorizmi işə saldı. Onun terrorizmə dəstəyi sayəsində dünyanın müxtəlif yerlərində hər gün terror aktlarının şahidi oluruq. Türkiyə özü də bu terrorun qurbanına çevrildi"-deyə, deputat əlavə edib.
O həmçinin bildirib: "İlham Əliyev Azərbaycanda xalqın qarşısında dayanmışdır və bu demokratiyanın ziddinədir. İlham Əliyev bilməlidir ki, xalqın gücü qarşısında dayanmaq olmaz".
Səidi, İran Xarici İşlər Nazirliyinin İ. Əliyev və Ərdoğanla ciddi qarşılaşmasını istəyərək artırıb: "Nardaran cinayətləri və Ərdoğanın təhdidləri qarşısında İranın sükut etməsi, İran xalqının şəninə layiq deyil. Dövlət rəsmiləri İrana məxsus qüdrətlə Ərdoğanın sayaqlamalarına cavab versinlər".