Fərhad Mirzə mülkü geyimli hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Arannews- Binə qəsəbəsində yaşayan ilahiyyatçı, araşdırmaçı yazar Fərhad Mirzə mülkü geyimli hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
bu haqda sosial şəbəkədə məlumat yayılıb, xəbəri ailəsi də təsdiq edib.
Məlumata görə, Fərhad Mirzə günortadan sonra evindən aparılıb.
Qeyd edək ki, ilahiyyatçı uzun müddətdir hepatit xəstəliyinin ağır növündən əziyyət çəkir və müalicə alırdı, hətta sosial şəbəkələrdə ona yardım kampaniyası da başladılmışdı.