Tarix : 2015 Dec 08
Kod 47138

Ermənistan tarixinin ən gərgin dövrünə qədəm qoyur

Ermənistanda pərakəndə mərkəzi hakimiyyət birbaşa orduya, hərbiyə də sirayət edəcək .
Arannews- Ermənistan tarixinin ən gərgin dövrünə qədəm qoyur.
Bunu politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, köhnə klanın yenidən hakimiyyətə gəlməsi xalq tərəfindən bu dəfə çox çətin həzm edəcək:
 “Ermənistanda siyasi sistem dəyişikliyi Sərkisyanın gələcəyinə hesablanmış bir addımdır. Artıq iki dəfə prezident seçilmiş Sərkisyan baş nazirlik postuna göz dikib. Baş nazirin səlahiyyətləri kifayət qədər geniş olacaq. Prezident isə bütöv simvolik funksiyaları yerinə yetirəcək. Yəni dövləti təmsil edəcək, ola bilsin ali baş komandan olacaq və s. Ancaq ümumilikdə ölkənin idarəsi baş nazirin əlində olacaq. Bu, Ermənistan xalqı tərəfindən çətin həzm ediləcək. Çox güman ki, ara qarışacaq. Yəni əhali indidən özünü təhqir edilmiş hesab edir və seçkilərin saxtalaşdırıldığı iddia edilir. Köhnə klanın yenidən hakimiyyətə gəlməsi qarşıdurma və mitinqlərə səbəb olacaq, Sərkisyanın devrilməsi yenidən gündəmə gələcək. Ermənistan tarixinin ən gərgin dövrünə qədəm qoyur. Bir neçə partiyanı təmsil edən deputatların səsverməsi ilə əsas səlahiyyətləri əlində toplayan birinin baş nazir seçilməsi isə xalqın iradəsini çox güclü sarsıdacaq. Gürcüstandan fərqli olaraq Ermənistanda vəziyyət daha şiddətli olacaq. Budəfəki daxil ziddiyyətlər İrəvanı xaosdan xilas edə bilməyəcək”.
Demokratik ənənələrin və siyasi şüur səviyyəsinin aşağı olduğu Ermənistanda parlament üsul-idarəsinin gərginlikdən başqa heç nə verməyəcəyini deyən politoloq bunun Qarabağ məsələsinə müəyyən təsirlərindən də danışıb:
 “Ermənistanda pərakəndə mərkəzi hakimiyyət birbaşa orduya, hərbiyə də sirayət edəcək. Orduda müəyyən qruplaşmalar əmələ gələcək. Bir sözlə, baş verən konstitusiya dəyişiklikləri Ermənistanın xeyrinə deyil, zərərinə işləyəcək. Bu prosesin Qarabağ məsələsinə də müsbət təsirləri olacaq. Müəyyən mənada dəyişikliklərin olacağı istisna edilmir”.
Qeyd edək ki, dekabrın 6-da keçirilən referendumda parlament üsul-idarəçiliyinə “hə” cavabı verilib.


  • Yazılıb
  • da (də) 2015 Dec 08
  • Göndərən مدير سايت Aran News