Sionist rejim baş naziri İsveç xarici işlər nazirinin açıqlamasından hiddətlənib
Arannews- Sionist rejim baş naziri İsveç xarici işlər nazirinin sionist rejimi tərəfindən fələstinlilərin qeyri-qanuni edamları barəsindəki açıqlamasına reaksiya verib.Benyamin Netanyahu başçılıq etdiyi Likud partiyasının iclasında deyib: İsveç baş naziri Stefan Lovenlə telefon söhbətində bu ölkə xarici işlər naziri Marqut Velstromun sionist rejim hərbçiləri tərəfindən fələstinlilərin edam olunması barədəki tənqid xarakterli açıqlamasına etirazını bildirib.
İsveç xarici işlər naziri bu ölkə parlamentində fələstinlilərin tərəfini saxlamağa dair bəzi nümayəndələrin açıqlamasına cavabda deyib: Şübhəsiz heç kim sərtliyi himayə etmək ardınca deyil və sionist rejimin fələstinlilərə hücumu bir növ qeyri-qanuni edamdır.
Bu məsələ sionist rejimlə İsveç arasında ilk böhran deyildir. Belə ki, bu rejim ötən noyabrda da İsveç xarici işlər nazirinin Parist terror aktları barəsindəki sözlərinə reaksiya vermişdi.
Sionist rejimin İsveçlə ixtilafları bu ölkənin ötən il BMT-də Fələstin dövlətini rəsmən tanımasından sonra böyümüşdür.