“Azadlıq” qəzetinin jurnalisti Rober Menarın başına nə isə gəlsə buna görə məsuliyyət Azərbaycan hakimiyyətinin üzərində olacaq. "
Azerbaijan Servisi/Aran Agentliyi
“Sərhədsiz reportyorlar” təşkilatının baş katibi Rober Menar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı açıq məktubda belə deyir.
O, hakimiyyəti tez bir zamanda jurnalistlə bağlı işin obyektiv araşdırılmasını təşkil etməyə, Rober Menarın təbirincə desək, Aqil Xəlilə basqında iştirak etmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarını təcili olaraq istintaqa cəlb etməyə və istintaq başa çatana qədər işdən kənarlaşdırılmağa çağırıb.
Azərbaycan MTN-i dəfələrlə Aqil Xəlilə qarşı iddia edilən təzyiqlərdə iştirak etmədiyini bəyan edib.
"Sərhədsiz reportyorlar" beynəlxalq hüquq-müdafiə təşkilatının baş katibi Rober Menar bildirir ki, hazırda Aqil Xəlil bir neçə fiziki hücumun qurbanı olmuş səmimi jurnalistdir.
"Bizə tamamilə aydındır ki, onun təhlükəsizliyinə zəmanət yoxdur", deyən Rober Menar daha sonra məktubunda bildirir ki, keçmişdə jurnalistlərə sonsuz aqressiv basqınları və Elmar Hüseynovun qətlini unutmayıb.
O qorxur ki, Xəlil də belə faciəli tale ilə üzləşəcək növbəti jurnalist ola bilər. "Əgər bu baş versə, biz məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyardıq," yazır Rober Menar.
Rober Menarın bu məktubuna münasibət bildirən Azərbaycan prezidenti aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan hakimiyyətinin bu işin obyektiv araşdırılmasında maraqlı olduğunu dedi.
Amma jurnalistin özü təhlükəsiliyinə əmin olmadığı üçün ev dustağı olduğu söyləyir və deyir ki, özünü mühafizə etmək üçün ölkəni tərk etmək istəyir. Amma onu buraxmırlar və bunun prokurorluq orqanların sifarişi ilə edildiyi bildirilir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Şuranın jurnalistin işi ilə ciddi məşğul olduğunu və jurnalist müraciət edərsə onun ölkədən çıxarılmasına lazımi köməyi əsirgəməyəcəyini bildirdi.