Tarix : 2015 Dec 08
Kod 47141

Mövlud Çavuşoğlu: "Türkiyə hökumətinin vəzifəsi İraqda təlim keçən əsgərlər üçün təhlükəsizliyin təmin olunmasıdır"

Türkiyə xarici işlər naziri rəsmi Bağdadın türkiyəli qüvvələrin İraqın şimalından çıxması üçün 48 saatlıq vaxtın sona çatması ilə yanaşı...
Arannews- Bağdadın möhlət verməsinə baxmayaraq, Türkiyə qüvvələrini İraqdan çıxarmır Bağdadın möhlət verməsinə baxmayaraq, Türkiyə qüvvələrini İraqdan çıxarmır.
Türkiyə xarici işlər naziri rəsmi Bağdadın türkiyəli qüvvələrin İraqın şimalından çıxması üçün 48 saatlıq vaxtın sona çatması ilə yanaşı ölkəsinin addımını müdafiə edib.
Çavuşoğlu Türkiyə 24 kanalı ilə müsahibədə deyib: Türkiyə hökumətinin vəzifəsi İraqda təlim keçən əsgərlər üçün təhlükəsizliyin təmin olunmasıdır.
İraq rəsmiləri neçə yüz Türkiyə qüvvəsinin İraq ərazisinə ezam olunmasına dair məlumatlardan sonra Ankaranın hərəkətini İraqın milli hakimiyyətinin pozulması adlandırıb və bu qüvvələrin geri çəkilməsini istəyiblər.
İraq Milli Təhlükəsizlik Şurası bir bəyanatda bildirib ki, Türkiyə qüvvələrinin İraqdan 48 saat ərzində geri çəkilməyəcəkləri halda rəsmi Bağdad istənilən seçimdən istifadə etməyi öz haqqı hesab edir.
İraq baş naziri Heydər əl-İbadi bu müddətin başa çatması və Ankaranın addım atmaması ilə yanaşı İraq Hərbi Hava Qüvvələrinə tam hazırlıq vəziyyətində olmaq göstərişi verib.


  • Yazılıb
  • da (də) 2015 Dec 08
  • Göndərən مدير سايت Aran News