Türkiyənin İŞİD-ə silah göndərildiyini üzə çıxarmış qəzetinin baş redaktoru həbs edilib.
AranNews-ın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gül həbs ediliblər.
jurnalistlər bu gün bir müddət öncə Türkiyədən Suriyaya silah daşıyan TIR-larla bağlı yaydıqları xəbərə və görüntülərə görə prokurorluğa dəvət olunublar.
Onlar ifadə verdikdən sonra barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün növbətçi məhkəməyə gətiriliblər.
Məhkəmə jurnalistlər barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.
Qeyd edək ki, Türkiyədə prokurorluğun qərarı ilə bu mövzunun mediada işlənilməsinə rəsmən qadağa qoyulub.