İraq parlamenti Türkiyənin bu ölkə ərazilərinə təcavüzü ardınca Türkiyə ilə bu ölkə arasında olan təhlükəsizlik anlaşmasının ləğvi barədə layihə ön yazısı irəli sürəcək.
Arannews- İraqla Türkiyə arasında təhlükəsizlik anlaşması ləğv ediləcək.İraq parlamenti Türkiyənin bu ölkə ərazilərinə təcavüzü ardınca Türkiyə ilə bu ölkə arasında olan təhlükəsizlik anlaşmasının ləğvi barədə layihə ön yazısı irəli sürəcək.
“Əlnəhar “ qəzetinin yazdığına görə Qanun dövləti koalisiyası bir layhə ön yazısı parlamentə təqdim edəcək və 1994-cü il Səddam Hüseyn zamanı Türkiyə ilə İraq arasında olan təhlükəsizlik muqaviləsi ləğv ediləcək.
Bu anlaşmaya əsasən Türkiyə PKK terrorçularını izləmək üçün İraq ərarzisinin 20 kilometrliyinə kimi daxil ola bilər. Iraq rəsmilərindən biri dedi: Türkiyə dövləti 48 saatlıq oltimatoma rəğmən hələ ki, İraq torpağını tərk etməyiblər. İraq xarici işlər nazirliyi bazar günü Türkiyə qüvvələrinin musula daxil olmasına etiraz olaraq Ankaraya etiraz notu vermişdir.
Türkiyə cümə günü Kürd pişmərgələrini təlim etmək adı altında 130 hərbi qüvvəsini Musulun Bəşiqiyyə məntəqəsinə daxil edib.