Tarix : 2015 Dec 09
Kod 47149

Azərbaycan şair və yazıçılarının bəyanatı

Yüzdən artıq Azərbaycan şair və yazıçısı bəyanat yayaraq, düşmən şəbəkələrin alçaq və rüsvayçı addımlarına, Əhli-Beyt (ə) müqəddəsliyinin aşağılanması və pantürkist separatçılığa,...
Arannews- Yüzdən artıq Azərbaycan şair və yazıçısı bəyanat yayaraq, düşmən şəbəkələrin alçaq və rüsvayçı addımlarına, Əhli-Beyt (ə) müqəddəsliyinin aşağılanması və pantürkist separatçılığa, Həzrət Siddiqeyi-Kübra, Fatimeyi-Zəhraya (ə) hörmətsizliyə nifrətini bildirmiş, məsullardan bu addımın icraçı və himayədarlarının mühakiməsi və cəzalandırılmasını tələb etmişdir. Azərbaycan şair və yazıçıları Bakı dövlətinin Nardaran şiələrinə qanlı və amansız hücumunu qətiyyətlə pisləmiş, Hüseyn (ə) əzadarlığının keçirilməsinə maneçiliyi məhkum etmişdir. İran İslam Respublikası məsullarından istənilmişdir ki, dünyanın istənilən bir nöqtəsində şiələr himayə edilsin. 
Bəyanatda deyilir: 
Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz, Allah-Taala Fatimənin (s.ə) qəzəblənməsi ilə qəzəblənər, razılığı ilə razı qalar... Həqiqətən Fatimə (ə) mənim gözümün nuru, qəlbimin səmərəsidir.” 
Bu mənfur hərəkət 30 il bundan öncə ilahi müqəddəslikləri, Həzrət Peyğəmbər (s) və onun Əhli-Beytini (ə), Qurani-Kərimi təhqir edən rüsvayçı “Şeytan ayələri” kitabının nəşri ilə başlamışdır. Sonradan Qərb ölkələri, insan hüquq və azadlıqlarının saxta müdafiəçiləri tərəfindən himayə olunmuşdur. Fasiləli şəkildə bu rüsvayçı nümayiş üzərindən pərdə qaldırılır, qərblilər, onların əlaltıları, muzdur yazıçılar, onların informasiya şəbəkələri vasitəsi ilə layihələr icra edilir. Son illərdə Danimarka, Hollandiya və Fransada rusvayçı karikaturaların nəşri ilə Həzrət Peyğəmbərin (s) şəxsiyyətinə hörmətsizlik edilmişdir. Amerikalı keşiş aşkar elan etdi ki, Qurani-Kərimi yandıracaq. Amerikanın sabiq və şər prezidenti Corc Buş xaç yürüşünün başlamasından söz açmışlar. Digər tərəfdən, bəzi müsəlman ölkələrində müqəddəsliklərin təhqiri və qarayaxma kampaniyas aparmağa səy göstərilmişdir. Bakıda rüsvayçı “Şeytan ayələri” kitabı, eləcə də Həzrət Peyğəmbərə (s) ünvanlanmış təhqiramiz məqalələr, Qurani-Kərim və Əhli-Beyti (ə) aşağılayan yazılar mətbuata çıxmışdır. Bundan əlavə, Bakı dövləti məscidlərin sökülməsi, hicab qadağası, hicab qadağasına etiraz edənlərin, doktor Mövsüm Səmədov (İslam Partiyasının sədri), mübariz ruhani Abgül Süleymanovun həbsi kimi rüsvayçı addımlar atmışdır. Bu rəftarlar Qumun böyük mərcə alimləri, o cümlədən Həzrət Ayətullah Şəbüstəri və qeyrətli Azərbaycan xalqı tərəfindən etirazla qarşılanmışdır. İnqilabi hərəkatlarda həmişə öndə gedən qəhrəman Təbriz xalqı aksiyalar keçirmiş, Təbrizdə Bakı dövlətinin konsulluğu qarşısında toplaşaraq Bakıdakı anti-islam hərəkətlərə etirazını bildirmişdir. Çox təəssüf ki, Bakı dövlətinin xalqa qarşı zorakı rəftarları şiddətlənməkdədir. Son günlər dindar Nardaran qəsəbəsinə qanlı və amansız hücum həyata keçirilmiş, qəsəbənin bir qrup şiə sakini zalımcasına şəhadətə çatdırılmışdır. Bir qrup dindar, o cümlədən Tale Baqirzadə və Zülfüqar Mikayilzadə kimi tanınmış ruhanilər həbs edilmişdir. İranın şimalında, Azərbaycan Respublikasının müxtəlif məntəqələrində şiələrə qarşı repressiyalar güclənmişdir. Bakı dövləti Nardaran qəsəbəsini mühasirəyə almış, qəsəbənin suyu, işığı və qazı kəsilmişdir. Hadisə yerinə üz tutan jurnalistlər qəsəbəyə buraxılmamışdır. Qəsəbənin on minlərlə məzlum sakini olduqca ağır vəziyyətdədir. Qəsəbədə yüzlərlə polis qüvvəsi yerləşdirilmişdir. Hüseyn (ə) əzadarlığının simvolları, bayraqlar yığışdırılmış, həmişə əzəmətlə keçirilən Ərbəin mərasiminin qarşısı alınmışdır. Bakı dövlətinin Nardaran qəsəbəsinə silahlı hücumu yeni hadisə deyil. Bu hadisə əvvəllər də baş vermişdir. Qəsəbə Hüseyn (ə) məktəbinə şəhidlər təqdim etmişdir. Azərbaycan şair və yazıçıları Hüseyn (ə) əzadarlığı, hicab, mədrəsələrdə Quran tədrisinə qadağalar, şiə fəalların həbsi və azadlıqsevər insanların qətli, anti-şiə işğalçı sionist rejim, Amerika, Türkiyə ilə bu işdə həmkarlıqları Bakı dövlətinin anti-din, anti-şiə siyasətləri ünvanında məhkum edir. Azərbaycan şair və yazıçıları İranın Şimalında, Azərbaycan Respublikası xalqının mübarizə və müqavimətini dəstəkləyir, xüsusi ilə mömin və mücahid Nardaran əhalisini himayə edir. Biz həbsə alınmış dindarların, o cümlədən doktor Mövsun Səmədov, Abgül Süleymanov, Tale Baqirzadə, Zülfüqar Mikayilzadənin təcili azad olunmasını tələb edirik. Onların yeganə təqsiri ibtidai azadlıqlar tələb etmələri, hicab və Hüseyn (ə) əzadarlığına şiə bir məmləkətdə azadlıq istəmələri olub. 
Azərbaycan şair və yazıçıları qeyrətli Şərqi Azərbaycan xalqının Xibrə Məclisində nümayəndəsi həzrət Ayətullah Şəbüstərinin qanlı Nardaran hadisələri ilə bağlı mövqeyini himayə edir, İran İslam Respublikası məsullarını dünyanın istənilən bir məntəqəsində, xüsusi ilə yaxın keçmişdə İrandan ayrılmış, yeni qurulmuş qonşu Azərbaycan Respublikasında şiələrin qətli və repressiyasına qarşı addım atmasını tələb edirik. Digər tərəfdən, təəssüflə bildiririk ki, Amerika və Bakı dövlətləri tərəfindən gizli və açıq şəkildə siyasi və maliyyə baxımından himayə olunan pantürkist düşmən şəbəkələr uzun illərdir İslam mədəniyyəti, şiə kimliyinə qarşı, İranda vəhdət və milli birliyə yönəlmiş faəliyyətlər göstərir. Bu şəbəkələr təfriqə yaradır, eyni dinə mənsub milli azlıqlar arasında nifrət toxumu səpir. 
Müştərək din və mədəniyyətə malik olan xalqlar arasında parçalanma yaradan bu qüvvələr, imperializm axurundan qidalananlar öz çöhrələrindən niqabı qaldırıb açıq şəkildə məsum imamların şəxsiyyətinə, müqəddəsliklərə, Həzrət Siddiqeyi-Kübra, Fatimeyi Zəhraya (s.ə) qarşı təhqirə əl atıblar. Düşmən və pantürkist şəbəkələrin mənfur addımları şəxsiyyətsiz insanların çirkin sözləri ilə səhnəyə çıxır, tarixboyu Əhli-Beyt (ə) vilayətinin bayrağı altında olan şiələrin, xüsusi ilə Azərbaycan xalqının qəlbini qana bulaşdırır. Azərbaycanlıların qəzəb və nifrəti düşmən informasiya şəbəkələri, anti-islam cərəyanlar, pantürkistlərin fəaliyyətləri nəticəsində iki qat güclənmişdir. Əlbəttə ki, agah azərilər belə mənbələrin, cərəyanların, şəbəkələrin, biganə və anti-islam qüvvələrin mahiyyəti ilə tanışdır. Son günlər informasiya şəbəkələrində, sosial şəbəkələrdə yayılan çıxışlar, şərhlər, şeirlər Azərbaycan xalqının bəsirətini göstərir. İslam düşmənləri uzun illər səmərəsiz təlaşdan sonra Azərbaycan xalqı arasında nifaq sala bilməyib, onların Əhli-Beyt (ə) məktəbi və inqilaba, İslam Respublikasının ərazi bütövlüyünə hörmətini görüb, dərk ediblər ki, tarix boyu azərilərin qələbə rəmzi Həzrət Siddiqeyi-Kübra, Əhli-Beytə (ə) bağlılıq, sevgi olub. Şah İsmail Səfəvinin qiyamı kimi taleyüklü qiyamlar, İranda Milli Vəhdət hökumətinin yaradılması, Məşrutə inqilabı, tənbəki qadağası hərəkatı, 1356-cı il, 29 bəhmən qiyamı, İrana qarşı 8 illik təcavüzkar müharibədə İranın ərazi bütövlüyünün fədakarlıqla müdafiəsi Əhli-Beyt (ə) məktəbinə bağlılıq, əbədi Hüseyn (ə) hərəkatına sədaqət, xalqla ruhaniyyət arasında vəhdət sayəsində mümkün olub. Bu hərəkatlarda tarixi şüarlar verilib: “Azərbaycan oyaqdır, inqilaba dayaqdır”, “Azərbaycan canbaz, Xameneidən ayrılmaz”...
Düşmən öz fitnəkar planlarında uğursuzluqlardan qəzəblənərək pak Əhli-Beyt (ə) məktəbinin açıq  təhqirinə üz tutub. “Şeytan ayələri” kitabının ərsəyə gəlməsi ilə bu hərəkatın ingilis cərəyana bağlılığı aşkarlanıb. Bu vaxtda qədər biganələrin çirkin məqsədlərinə xidmət edən nasionalizm, ana dili təəssübü kimi layihələr səmərə vermədi, bu istiqamətdə fəaliyyətlərdən ümidi üzülənlər açıq-aşkar Əhli-Beyt (ə) məktəbi ilə düşmənçilik bayrağı qaldırdılar. Azərbaycan xalqının, onun dini etiqadlarının qarşısında cəbhə yaratdılar. 
Biz Azərbaycan şair və yazıçıları İran xalqının müxtəlif meydanlarda, taleyüklü imtahanlarda vəhdətini qələbə rəmzi kimi görmüşük. Millətçi, anti-islam, biganələrə bağlı qüvvələr xalq arasında təfriqə və parçalanma yaratmağa çalışır. Biz məsullardan tələb edirik ki, vəhdətə qarşı olan və separatçı faəliyyətlərə münasibətdə ciddi tədbirlər görülsün. Bu düşmən planları müxtəlif formalarda, o cümlədən məhəlli mətbuatda, tarix və mədəniyyətin, milli kimliyin təhrifi şəklində, elmi əsası olmayan məqalələrin yazılması, milli və dini kimliyə yönəlmiş kitabların tərcüməsi, zahirən incəsənət adı altında tədbirlər keçirilməsi ilə özünü göstərir. Bu fəaliyyətlərdə keçmişi qaranlıq millətçi fərdlər də rol oynayır. 
Biz Azərbaycan şair və yazıçıları düşmən informasiya şəbəkələrinin biganələrin himayəsi altında pak Əhli-Beytə (ə) qarşı ədəbsizlik və təhqirinə nifrətimizi bildiririk. İslam Respublikası məsulları, xüsusi ilə Xarici İşlər Nazirliyi, İrşad Nazirliyi, məhkəmə orqanları, İslam Şura Məclisi, xüsusi ilə azərbaycanlı deputatların Amerika və Bakı rejiminin hərəkətlərinə münasibətdə addım atmasını tələb edirik. Biz tələb edirik ki, belə düşmən şəbəkələrinin fəaliyyətinə son qoyulsun, Əhli-Beyt (ə) məktəbinin təhqiri ilə məşğul olan insanlar cəzalandırılsın. Düşmən şəbəkələr, fərdlər, Peyğəmbər (s) Əhli-Beytini (ə) aşağılayanlar, Peyğəmbərin (s) “gözümün nuru, qəlbimin səmərəsi” adlandırdığı Həzrət Fatimeyi-Zəhraya (ə) hörmətsizlik edənlər, 100 milyonlarla müsəlman və şiənin etiqadını təhqir edənlər bu xəbis ağacın kökü qazılana qədər cəzalandırılmalıdır. 
Azərbaycan şair və yazıçıları

Bəyanatı imzalayıb: 
Davud Aryani Bustanabad, Xəlil Asani (Hair), Şəhram Ağaxani, İbrahim Ağazadə, Qulamhüseyn Agahi, Doktor Rəsul İbrahimi, Müctəba İbrahimi Tövfiqi, Hüseyn İsrafili, Doktor Seyid Əhməd Ostovar, Həsən Əsədi Təbrizi, Babək İslami, Ruhullah İsmaili Qermezqoli (Monadi), Əli Əşrəfirad, Əli Əhmədpur Türkmani, Əyyub Əhmədzadə, Əjdər Əmcədi, Seyid Həsən İmamzadə, İsmail Əkbərzadə Zəki (Mücahid Təbrizi), Əsəd Babai, Həsən Bahəcəb, Məhəmmədriza Bəhri (Fetres), Abdullah Bəhrülülumi, Yusif Bəqai, Hüseyn Payəndə (Xaşe), Doktor Heydərpir Əlilu, Məsud Piramun, Noruz Purmənd, Kazim Purradi, Məhəmməd Pəjənd (Pərənd), İbrahim Turabi, İşrət Cəbbarzadə, Nəcmə), Beytüllah Cəfəri, Bəhmən Cəfəri, Əkbər Cəfəri Səmrin, Doktor Mikail Cəmalpur, Vəhab Heydəri, Hüseyn Həsəni Əfşərd, Əli Hüseynzadə, Cavad Xəyyat Şəfiq, Qurbanəli Xudayar, Mustafa Daneş, Doktor Qulamriza Dustzadə, Hüseyn Dusti, Həsən Dehqanzadə, Fərzanə Dehqannejad, Məhəmmərriza Rəbbani, Əsğər Rizai, Əkbər Rizai Təbrizi, Məhəmməd Rizai, Səid Rizazadə, Məhəmməd Rəncbər (Rənci), Səttar Rəzzaqirad, İslam Rəzzaqikəndrud, Mehdi Rüstəmi (Faiz),  Mehdi Rüstəmi (Bahar Mədəniyyət qrupu), Abbasqulu Rəsuli, Müctəba Zadsadiq, Qurban Zarei, Həsən Zərnəqi, Məhəmməd Salikrəhimi, Əhəd Salik, Məhəmməd Nəqi Səbokdel, Hüseyn Seyfuddini, Qulamhüseyn Sövdagər, Əsğər Süleymanzadə, Əmir Səlmani, Cəhan Süleymani, Əliriza Sədi, İskəndər Səadət, Rüstəm Şahmoradi Sorai, Məhəmməd Şokrifərd, Mehdi Şənabi, Əli Şühudi, Məhəmməd Sabir, Allahverdi Sadiqi, Əmin Sadiqi Ədl, Doktor Mikayil Səfai, Noruz Səmədifər, Yadullah Ziyaifər, Həbib Tahiri, Məhəmməd Tahiri Xosrovşahi, Möhsin Arif, Mirəli Abidiyan, Əliriza Əbbasi (Ehsan), Əbdülvəhab Əbbasi Kürdabad, Əhəd Ədlcu, Rüqəyyə Qolami, Cəmşid Fəthipur, Doktor Məhəmməd Fəthullahzadə, Hüseyn Fərhadi Mərağayi, İsmail Fərşi Əzhər, Abbasqulu Fəri, Mehdi Fəhimi, İbrahim Qiblə Arbatan, Əli Qüdsi, Hadi Qəhrəmani, Doktor Əhməd Kazimi, Doktor Məhəmmədriza Kəffaş Cəmşid, Əli Qürusi, Seyid Hamid Mədəni, Səməd Miskəri, Əli Əsğər Moqni, Həmid Mehrami (Nadim), Mehdi Məhəmmədzadə Məcid, Şəhram Məhəmmədi, Əsədullah Məhəmmədi, Cəlal Məhəmmədi, Seyid Hüseyn Müsəvi Şərbyani, Seyid Məhəmməd Məsud Nəqib, Rəhim Nikbəxt Nikuhi, Əliriza Nəzəri, Əli Nəzəri Ustanabadi, Əli Nəsirzadə, Hüseyn Nuri, Bəhmən Nəxlistani, Seyid Məhəmməd Haşimi (Qərib), Naci Həştrudi, Məhəmməd Yadqari, Şəbanəli Yazərlu və başqaları. 





  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News