Azərbaycanşünaslıq Mərkəzinin direktoru, Azərbaycan dövlətinin əhli-beyt (ə) məddahlarına "Aşura Ədəbiyyatının Qorunması" beynəlxalq konfransında iştirak etməsinə mane olduğu üçün gileylənib.
AranNews- "Azərbaycanın Aşura Ədəbiyyatının Qorunması" ilk beynəlxalq konfransı dekabrın 6-da Qafqaz ölkələrinin mütəfəkkirləri, ədəbiyyatçıları, şairləri və məddahlarının iştirakı ilə Təbriz Universitetinin "Vəhdət" salonunda keçirildi.
Redaksiyamızın məlumatına əsasən, Təbriz Universitetinin rektoru konfransda bu universitetlə tanışlıq verməklə yanaşı deyib: "Təbriz Universitetinin nəzdində fəaliyyət gösətərən Ədəbiyyat İnstitutu, Tibb İnstitutu ilə birlikdə ilk yaranan institutlardan olmuşdur və bu institut öz iftixarlı tarixi boyu ədəbiyyat sahəsidə iftixar ediləcək Xəyyam Pur, Qazi Təbatəbai, doktor İnzabinejad, doktor Mürtəzəvi, doktor İclali kimi böyük tədqiqatçılar yetişdirmişdir".
Universitetin rektoru Fars ədəbiyyatı fakültələri arasında "Aşura ədəbiyyatı" fakültəsinin yerinin lüzumuna toxunaraq artırıb: "Ədəbiyyat İnstitutunda fars, ingilis, fransız dilləri və fəlsəfə tədris olunur və Fars ədəbiyyatı bölmələrində müqavimət ədəbiyyatı, irfan ədəbiyyatı kimi fakültələr mövcuddur, lakin burada Aşura ədəbiyyatının yeri çatmır".
Rektor deyib: "Zəngin Aşura ədəbiyyat və mədəniyyəti ilə fəxr edirik. Bu ədəbiyyat və mədəniyyəti gənclər arasınca yaymalıyıq. Bu işdə ədəbiyyatçı, şair və məddahların mühüm rolu vardır. Çünki onlar məsum imamların (ə) həyat tərzini açıqlayır, insanların hislərini dini təfəkkürlə uyğunlaşdırır və onun dərinləşməsində təsir qoyurlar".
Təbriz Universitetinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin direktoru və "Aşura Ədəbiyyatı" beynəlxalq konfransının katibi doktor Əhməd Fərşbafiyan Aşura kimliyi mövzusunda çıxış edərək deyib: "Azərbaycan və İslam mədəniyyəti dairəsində yerləşən məntəqələrin – İran, Azərbaycan, Anadolu – əsil kimlik və mədəniyyəti, Aşura mədəniyyətidir. Biz, bu dini baxış və məsum imamları (ə) xatırlamaqla, Allaha daha yaxın ola bilərik".
Ə. Fərşbafiyan çıxışının digər hissəsində Azərbaycan Respublikasının əhli-beyt (ə) şair və məddahlarının konfransa dəvət olunması, lakin Azərbaycan dövlətinin onların gəlişinə mane olmasına toxunaraq deyib: "Azərbaycan hökuməti, əhli-beyt (ə) yazıçı, şair və məddahlarının bu konfransda iştiak etməməsi üçün onların ölkədən kənara çıxmasına mane olmaqla Aşura mədəniyyətinin genişlənməsinin qarşısını ala biləcəkləri barədə səhv fikirdədir. Biz bu günləri məntəqə ölkələrində təzyiqlərin şahidiyik. Tanınmış şəxslərin bu konfransda iştirakına qadağa qoyulması məğlubiyyətə məhkumdur və bu hərəkətləri ilə Aşura mədəniyyəti ilə mübarizə apara bilməzlər. İnşallah, belə konfrans və mərasimlər şair və məddahların iştirakı ilə elmi, tədqiqi surətdə davam edəcək".
Qeyd edək ki, konfransın davamında İran islam Respublikasının şairlərindən Kəlami Zəncani, Azərbaycan Respublikasının şairlərindən Seyid Nurəddin, Fərman Məhəmmədov, Azərbaycan Respublikasından "İmam Hüseyn (ə)" filminin kino rejissoru Mahir Dərviş, İrandan isə İbrahim Rəhbər, Mehdi Xadim Azəryan, Fəxruz-zakirin Hacı Firuz Zirəkkar, Türkiyədən Maqsud Purdari, Şəkur Əşkur və Calal Yanık əhli-beyt mədəniyyətinin fəalları kimi təqdir olundu.
Həmçinin xəbərdə deyilir ki, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin təşəbbüsü ilə keçirilən bu konfransda höccətül-islam Mahmud Mərifət çıxış edib, məddahlıq olunub və şer oxunub və video-kliplər göstərilib.