AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb.
AranNews- Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib.
Nəsimi rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
F. Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
Onu vəkil Fəxrəddin Mehdiyev müdafiə edib.