“Rossiya 1” telekanalının jurnalistləri əcnəbi KİV-in iş fəaliyyətini pozması iddiası ilə Türkiyədən çıxarılıblar.
AranNews-ın “ria.ru”-ya istinadən verdiyi xəbərə görə, Türkiyə “Rossiya-1” telekanalının jurnalistləri olan Aleksandr Buzaladzenin çəkiliş qrupunu ölkə ərazisindən deportasiya edib.
Jurnalistlərin avtomobili Türkiyənin Hatay vilayətində durdurulub. Rusiyalı jurnalistlərin Qaziəntəp vilayətinə getdikləri zaman saxlanıldığı önə çəkilir.
Türkiyə tərəfi Rusiyalı jurnalistləri xarici KİV-in ölkə ərazisində fəaliyyət prinsiplərini pozduqları üçün ölkədən xaric edildiklərini bildiriblər.