Tarix : 2015 Dec 09
Kod 47155

Türkiyə “Rossiya 1” tele kanalının jurnalistlərini ölkədən xaric edib

“Rossiya 1” telekanalının jurnalistləri əcnəbi KİV-in iş fəaliyyətini pozması iddiası ilə Türkiyədən çıxarılıblar.
AranNews-ın “ria.ru”-ya istinadən verdiyi xəbərə görə, Türkiyə “Rossiya-1” telekanalının jurnalistləri olan Aleksandr Buzaladzenin çəkiliş qrupunu ölkə ərazisindən deportasiya edib.
Jurnalistlərin avtomobili Türkiyənin Hatay vilayətində durdurulub. Rusiyalı jurnalistlərin  Qaziəntəp vilayətinə getdikləri zaman saxlanıldığı önə çəkilir.
 Türkiyə tərəfi  Rusiyalı jurnalistləri xarici KİV-in  ölkə ərazisində fəaliyyət prinsiplərini pozduqları üçün ölkədən xaric edildiklərini bildiriblər.
  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News