Azərbaycanda prokurorluq, gömrük və daxili işlər orqanlarında attestasiya olunan əməkdaşların siyasi baxışlarına və etiqadlarına görə qiymət verilməsi qadağan olunacaq.
AranNews- Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna, “Gömrük orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə təklif olunan əlavələrdə öz əksini tapıb.
Əlavəyə əsasən, attestasiya olunan hər üç orqanın əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.