Türkiyə Silahlı Qüvvələri İraq-Şam İslam Dövləti (İŞİD), PYD və digər terror təşkilatlarının sərhədin Suriya hissəsində fəallıqlarını artırmasını əngəlləmək üçün tədbirlərini artırıb.
AranNews,Türkiyə mediasına istinadən bildirir ki, bu ölkənin Quru Qüvvələri Komandanlığına bağlı sərhəd qoşunları 2015-ci il ərzində Suriya sərhədində 909 xarici terrorçu döyüşçü yaxalayıb.
Bu terrorçuların 324-nün Çin, 98-nin isə Rusiyadan olduğu müəyyən edilib. Suriya sərhədindəki sərhəd qoşunları Türkiyə - Suriya sərhədində alınan fəal tədbirlər çərçivəsində 2015-ci il ərzində əhəmiyyətli hissəsi terror təşkilatı İŞİD mənsub olduğu dəyərləndirilən 54 ölkə əsilli 909 xarici döyüşçü yaxalayıb. Bu terrorçuların çoxunun terror təşkilatı İŞİD-lə əlaqəli olduğu bildirilir.
Yaxalanan terrorçulardan 57-nin Əfqanıstan, 19-nun Almaniya, 17-nin Azərbaycan, 18-nin Fransa, 81-nin Fələstin, 14-nün İsveç, 23-nün Tacikistan, 63-nün Türkmənistan, 19-nun İngiltərə, 44-nün İndoneziya əsilli olduğu müəyyənləşdirilib.