Tarix : 2015 Dec 09
Kod 47159

Rusiya İŞİD-in Rəqqədəki iki böyük bazasınə raket zərbələri endirib

Bu mövqelər İŞİD-in Rəqqədəki iki böyük bazası olub.
Arannews- Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı deyib: Rusiya ilk dəfə olaraq Suriyada İŞİD-in mövqelərinə Aralıq dənizindəki bir sualtı qayıqdan raket zərbələri endirib.
Sergey Şoyqu Rusiya prezidenti Vladimir Ptin ilə görüşdə deyib: Bu mövqelər İŞİD-in Rəqqədəki iki böyük bazası olub.
S.Şoyqu əlavə edib: Tam qətiyyətlə bəyan edirəm ki, İŞİD-in böyük bir silah anbarına, mina istehsal edən bir emalatxanasına və neft təsisatlarına ciddi zərər və ziyanlar vurulub.
Şoyqu həmçinin deyib: Ötən 3 gün ərzində Rusiya qırıcıları 300 uçuş həyata keçirib və müxtəlif formalarda olan 600 hədəfə zərbələr endiriblər.
Rusiyanın müdafiə naziri həmçinin qeyd edib ki, prezident Putinin qərarına əsasən Rusiya bombardmançıları qırıcı təyyarələr ilə müşayiət edilir.

  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News