Tarix : 2015 Dec 09
Kod 47161

Fələstinlilərin raketləri sionist rejim ordusunu çarəsiz duruma salib

sionist rejiminin strateji təsisatları zəyifdir
Arannews- İşğal edilmiş Fələstində çıxan Yadiot Aharnot qəzeti sionist rejiminin strateji təsisatlarının fələstinlilərin raketlərinin hədəf mənzilində yerləşdiyini etiraf edib.
Yadiot Aharnot qəzeti çərşənbə axşamı bir hesabat dərc edərək, bildirib ki, Fələstinin İslami Cihad və Həmas hərəkatları 2014-cü ildə İsrailin Qəzzəyə olan hücumları zamanı, işğal olunmuş ərazilərdə yerləşən Xəzirə və Əşqəlan şəhərlərindəki strateji əhəmiyyətli təsisatları raket ilə hədəfə alıblar.
Bu qəzet həmçinin yazır: Fələstinlilərin raketləri sionist rejimi ordusunu çarəsiz duruma salmışdı.
2014-cü ildə sionist rejiminin Qəzzə zolağına qarşı 50 günlük hücumları zamanı, əsasən qadın və uşaqlardan ibarət olan 2200 fələstinli şəhid olmuş, 11000 nəfər isə yaralanmışdı.
Bu hücumlar zamanı Qəzzənin bir çox infrastrukturları dağıdılmışdı. Tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasından təqribən 1 ilin ötməsinə rəğmən, hələ də bu dağıntıların bərpa edilməsinə imkan verilmir.


  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News