Tarix : 2015 Dec 09
Kod 47163

Türkiyə 350 qüvvəsini İraq sərhədindən geri çəkib

İraq beynəlxalq ictimaiyyətdən İŞİD terrorçuları ilə mübarizədə bu ölkəyə silah və təlim məsələlərində şərait yaratmasını istəyir. .
Arannews- Rəsmi Bağdadın Türkiyə əsgərlərinin Mosulda yerləşməsinə reaksiyasının ardınca, Türkiyə 350 qüvvəsini İraq-Türkiyə sərhədindən geri çəkib.
məlumatlı mənbələr bildiriblər ki, sərhəddəki bu qüvvələr Ankara və Bağdadın bu məsələ barəsində razılıq etdiyi halda İraqa ezam olunmağı gözləyirdilər.
Türkiyə təxminən 600 qüvvəsini İraqın yerli sünni qüvvələrinə təlim keçilməsi adlandırılan məsələyə görə Mosulda yerləşdirib.
İraq beynəlxalq ictimaiyyətdən İŞİD terrorçuları ilə mübarizədə bu ölkəyə silah və təlim məsələlərində şərait yaratmasını istəyir. Lakin birbaşa müdaxiləyə qarşıdır. Çünki xarici qüdrətlərin növbəti proqramları və maraqlarına etimad etmir.
Türkiyə son vaxtlar Mosulun şimalında Zolkan düşərgəsində 150 qüvvəsini yerləşdirib və bildirib ki, bu qüvvələrin ezam olunmasında məqsəd İŞİD-lə mübarizə üçün İraq qüvvələrinə təlim keçməkdir.


  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News