Tarix : 2015 Dec 09
Kod 47165

Yəmən ordusu və Xalq Qüvvələri təcavüzkarlara böyük zərbə vurublar

Yəmən ordusu və Xalq Qüvvələri Təəz vilayətində xarici təcavüzkarlara böyük zərbə vurublar, belə ki, onların 5 kolumbiyalı əsgəri və avstraliyalı komandiri bu toqquşmalar zamanı zərərsizləşdiriliblər.
Arannews- Yəmən ordusu və Milli Qüvvələrinin hücumları nəticəsində işğalçı Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın çoxsayda qüvvələri, o cümlədən kolumbiyalı və britaniyalı muzdlular öldürülüb.
Yəmən ordusu və Xalq Qüvvələri Təəz vilayətində xarici təcavüzkarlara böyük zərbə vurublar, belə ki, onların 5 kolumbiyalı əsgəri və avstraliyalı komandiri bu toqquşmalar zamanı zərərsizləşdiriliblər.
Daha əvvəl də hərbi mənbələr işğalçı qüvvələrin 7 xarici hərbçisini və britaniyalı komandirinin öldürülməsi haqda xbər vermişdi. Bütün bu insanlar Səud işğalçıları tərəfindən Yəmən qüvvələrinin cəbhəsinə nüfuz etmək üçün satın alınan və təhlükəsizlik xidmətləri göstərən Amerikanın "Blackwater" şirkətində çalışırdılar.
Səudiyyələrin bu səyləri işğalçı qüvvələrin və əl-Qaidə terrorçularının Yəmənin cənubundan Təəz vilayətinə doğru irəliləməsində uğursuzluğa düçar olduqdan sonra baş verib.
Yəmənli bir hərbi mənbənin bildirdiyinə görə, kolumbiyalı qüvvələr avstraliyalı komandanları Filip Stitmanla birgə Təəz vilayətinin əl-Əmri bölgəsində öldürülüblər.
Yəmən ordu qüvvələri habelə artilleriya və raketlərdən istifadə edərək, Ceyzan və Əsir rayonlarında yerləşən bir sıra mövqelərdə Ərəbistana məxsus hərbi qüvvələri və texnikanı hədəfə alıb.


  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News