Tarix : 2015 Dec 09
Kod 47166

Qafqazda sələfi-vəhhabi terror qrupları - İNFOQRAFİK

Qafqaz sələfi-cihad qrupları ən çox Ən-Nüsrə və İŞİD qruplarının tərkibində fəaliyyət göstərir və daha çox Türkiyə və Suriya sərhədlərində bazaları vardır.


AranNews-
Qafqaz döyüşçü qrupları Türkiyənin kəşfiyyat təşkilatları vasitəsilə idarə olunur. Ona görə də bu qruplar Türkiyə sərhəddində yerləşən Lazikiyyə, Hələb, İdlib və Rakkada Suriya dövləti və ordusuna qarşı təxribatlar törədirlər.

Qafqazlı döyüşçülərə məxsus xüsusiyyətlər
1.Professional və təcrübəli olmaları.
2.Hərbi intizam.
3.Hərbçiyə məxsus əxlaq və sərtlik.
4.Yerdəyişmədə sürətli əməl etmək.
2011-ci ilin sonlarından İraq və Suriya əleyhinə qarşıdurma səhnələrində hərbi fəaliyyət göstərən qafqazlı döyüşçülər aşağıdakı təşkilatlara qoşulublar:
1.İŞİD və Əbu Bəkir Bağdadinin ardıcılları: Bu qruplardan bəziləri Ömər Şişaninin rəhərliyi ilə Ceyşul-Muhacirin və Əl-Ənsar qrupları altında Bağdadiyə biət edərək, İŞİD təşkilatına qoşulmuşlar. Bəzi statistikalara görə təqribən 10 min nəfər qafqazlı İraqda İŞİD sıralarında döyüşür.
2.Doktor Əymən Zəvahirinin başçılığı ilə Əl-Qaidə ardıcılları: Ceyşul-Muhacirin və Əl-Ənsarın Səlahəddin Şişaninin rəhbərliyi altında olan döyüşçüləri, İŞİD və Ən-Nüsrə qruplarının bir-birləri ilə qarşıdurmalarında bitərəf mövqe tutmağa cəhd edirlər. Lakin bu yanaşma sözü gedən qrupun rəhbərliyi arasında sabit olmayıb və 2015-ci ilin iyununda onlar arasında ixtilafların üzə çıxması ilə Səlahədin Şişani komandanlıqdan kənarlaşdırılmış, Əbu İbrahim Xorasani qrupun əmiri, Ömər Dağıstani hərbi komandiri seçilmişdir. Qrup, 2015-ci il sentyabrın axırlarında Ən-Nüsrə rəhbəri Əbu Məhəmməd Colani ilə biət etdi.
Ömər Şişani:
Ömər Qafqazi Şişani kimi tanınan Tarkan Baturaşvili, 1986-cı ildə Gürcüstanın Pankisi dərəsindəki Birkiani kəndində anadan olub. 2006-2010-cu illərdə Gürcüstan ordusunda xidmət etmiş və bir sıra yerli müharibələrdə iştirak etmişdir. 2010-cu ildə Tsrxan Batriaşvili təhlükəsizlik əleyhinə sərt hərəkətinə görə məhkum olunur. Həbsxanada olarkən bir sıra ərəb cihadçıları ilə tanış olur və həbsdən azad olunduqdan sonra Misir və Türkiyəyə səfər edir, İxvan və sələfi qrupları ilə əlaqələr yaradır və Türkiyə kəşfiyyat təşkilatı vasitəsilə Suriyaya yönəldilir. Çeçen və qafqazlı gənclərin Suriya böhranında təşkilatlanmasında Ömər Şişaninin mühüm rolu vardır. Qafqazlıların Suriyada iştirakı 2011-ci ilin sonlarında az və ehtiyatlı olsa da 2012-ci ilin ortalarından onların əməliyyat hərəkətləri aşkar və qabarıq oldu.
Ən-Nüsrə ilə əməkdaşlıq edən qafqazlı digər qruplar:
1.Seyfəddin Şişani Briqadası.
2.Ət-Təvhid və Əl-Cihad Briqadası.
3.Milli və Qafqaz İslam Əmirliyinə bağlı cihadçılar.
4.İmam Büxari Briqadası.
5.Cündüş-Şam Camaatı.
6.Əcnadi-Qafqaz.
  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News