əl-Minar kanalı və Nur radiosu bəzi ölkələri Ərəb Ölkələri Radioları Birliyinə təzyiq göstərmələrinə və bu birliyin öz təbii yolundan çıxmasına etiraz olaraq bu birlikdəki üzvlüyündən imtina edir.
Arannews- Livanın əl-Minar telekanalı Ərəb Radioları Birliyindəki üzvlüyündən imtina edib.Livanın əl-Minar informasiya kanalının icraçı direktoru və idarə heyətinin sədri İbrahim Fərhad bir bəyanat yayaraq bildirib ki, əl-Minar kanalı və Nur radiosu bəzi ölkələri Ərəb Ölkələri Radioları Birliyinə təzyiq göstərmələrinə və bu birliyin öz təbii yolundan çıxmasına etiraz olaraq bu birlikdəki üzvlüyündən imtina edir.
Bəyanatda həmçinin deyilir: Ərəb Ölkələri Radio Birliyinin bir media qurumu olaraq peşəkar fəaliyyət göstərəcəyini, ərəb medialarının inkişafı yolunda əməkdaşlıq və yardımlar edəcəyini təsəvvür edirdik.
Ərəbsət peyk şirkəti anti-sionist müqavimət cərəyanının səsini boğmaq məqsədi ilə Livanin əl-Minar telekanalının Ərəbsət peyki üzərindən yayımını öncədən xəbərdarlıq etmədən dayandırıb.
Ərəbsət peyk şirkətində ən böyük paya malik olan ölkə Ərəbistandır.