Iranin İslami Şura Məclisinin nümayəndələri bəyanat yayaraq Bakı dövlətinin Nardaran şiələrini şəhadətə çatdırmasını məhkum etdi.
AranNews- İslam Şura Məclisinin (İran parlamentinin) bir qrup nümayəndəsi çərşənbə axşamı günü Azərbaycan dövlətinin Nardaran şiələrini şəhadətə çatdırmasını məhkum edən bəyanat yayıb. Məclis nümayəndələri Beynəlxalq İnsan Haqları Təşkilatından bu məsələyə diqqət ayırmasını istəyib.
Bəyanatda deyilir:
Seyyidüş-şühəda İmam Hüseynə (ə) əzadarlıq mərasimləri ilə bir vaxtda, şərəfli və vilayətçi Azərbaycan xalqı, xüsusilə Nardaran qəsəbə sakinləri müqəddəs İslam ideallarına ehtiram göstərməklə əzadarlıq etdiyi zaman Azərbaycan dövlətinin təhlükəsizlik qüvvələri, hüquq-mühafizə orqanları Nardaranda bir neçə ünvana silahlı basqın etmiş, bir qrup mömini şəhadətə çatdırdıqdan sonra onlarla əzadarı həbsə almışdır.
Sual yaranır ki, hətta qeyri-müsəlmanlar İmam Hüseyn (ə) əzadarlığında azad şəkildə iştirak etdiyi vaxt - bunun nümunəsini Böyük Ərbəin Ziyarətində gördük – necə olur ki, sözdə müsəlman Azərbaycan dövləti ölkə şiələri üçün belə bir haqq tanımır?
Azərbaycanda Amerika və İsrailin nökərləri, homoseksuallar azaddır, hətta məhərrəm günlərində qumar və spirtli içkilərə məhdudiyyət yoxdur. Amma Əli ibn Əbu-Talibin (ə) şiələri öz dini ayinlərini yerinə yetirə bilmir.
Bu bəyanatda İslam Respublikasının azəri sakinli vilayətlərindən olan nümayəndələr Azərbaycan dövlətinin bu ləyaqətsiz addımını pisləyərək, dünyanın bütün hüquq müdafiə təşkilatlarından Azrbaycan dövlətinin insan haqlarını pozmasına, möminləri şəhadətə çatdırmasına diqqət ayırmasını xahiş edib.
BMT-yə müraciətlə Azərbaycana araşdırma qrupunun göndərilməsi, Bakı dövlətinin Nardaranda şiələrə qarşı repressiyası barədə hesabat hazırlanmasını istənilib.
Bəyanatı imzalayan nümayəndələr:
Ətaullah Həkimi, Ərsəlan Fəthipur, Qulamriza Tacgərdun, Məhəmməd Həsənnijad, Səfər Nəmimirəz, Məhəmmədhüseyn Fərhəngi, Ramazanəli Sübhanifər, Məhəmmədismail Səidi, Cavad Cahangirzadə, Şəhruz Əfxəmi, Qulamhüseyn Şiri Əliabadi, Seyid Şəkurxuda Musəvi, Məsud Pezeşkiyan, Məhəmməd Baqirbonab, Qulamriza Nuri, Mənsur Həqiqətpur, Həbib Ağacəri, İsmail Kövsəri, Allahverdi Dehqani, Yunis Əsədi, İbrahim Nekou, Seyid Muid Hüseyni Sədr, Həbib Bürumənd, Mahmud Şükri, Riza Abdullahi, Müctəba Rəhmandust, Ruhullah Abbaspur, Hüseyn Fəttahi, Əhməd Mirabadi Fərahani, Əhməd Bəxşayeş Ərdestani, Riza Rəhmani, Hüseyn Grusi, Məhəmriza Xanməhəmmədi, Məhəmmədəli Mədədi, Məhəmməd İsmaili, Əbdürrəhman Rüstəmiyan, İbrahim Karxanei, Məhəmməd İbrahim Rizayi, Mirhadi Qərəseyid Rumyani, Möhsinəli Mərdənai, Seyid Bəhlul Hüseyni, İlyas Tahiri, Ətaullah Sultani Səbur, İlyas Naderan, Musərriza Sərvəti, Məhəmməd Əlipur, Həmid Rəsai, Məhəmmədəli Purmuxtar, Müfid Kiyayinijad, Süleyman Abbasi, Seyid Mürtəza Hüseyni, Hüseyn Azin, Əbülfəzl Əbu-Turabi, Məhəmmdəriza Asəfri, Miqdad Nəcəfnijad, Ruhullah Bəyi, Mustafa Əfzəlifərd, Əlinemət Çaharduli, Məhəmmədcavad Kulivənd, Möhsin Sərami Füruşani