on minlərlər İmam Rza (ə) aşiqi havanın qarlı və şaxtalı olmasına baxmayaraq, çalışırlar ki, 12 dekabr – 30 səfər - İmam Rzanın (ə) şəhadəti günü özlərini piyada Məşhəd şəhərinə çatdırsınlar.
Arannews- Bir neçə gündür ki, İranda soyuq hava şəraiti hökm sürür. Lakin buna baxmayaraq, səkkizinci İmam Həzrət İmam Rza (ə) aşiqləri piyada Məşhəd şəhərinə yürüşlərini davam etdirirlər. on minlərlər İmam Rza (ə) aşiqi havanın qarlı və şaxtalı olmasına baxmayaraq, çalışırlar ki, 12 dekabr – 30 səfər - İmam Rzanın (ə) şəhadəti günü özlərini piyada Məşhəd şəhərinə çatdırsınlar.
İmam Rza (ə) zəvvarlarına xidmət edən cəmiyyətin sözçüsü Hüseyn Rzayi bildirib ki, hazırda Məşhəd şəhəri istiqamətinə 70 min nəfərə yaxın zəvvar piyada yürüş edir.
Qeyd edə ki, hər il İmam Rza (ə) şəhadəti günü Məşhəd şəhərinə 3 milyon zəvvar səfər edir ki, onlardan 300 min nəfəri bu səfəri piyada yürüşlə həyata keçirirlər.